Xocalı soyqırımının TBMM - də qəbul olunması üçün müzakirələr aparılacaq
2-02-2016, 14:35
Oxunub: 4 020
Xocalı Soyqırımının tanınması ilə bağlı təklif məktubuna cavab gəlib
Məlum olduğu kimi, keçən il İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin başkanı Asif Qurban və dərnəyin İdarə Heyyəti üzvüleri Türkiyə Böyük Millət Məclisini ziyarət edib, Xocalı Soyqırımının tanınması ilə bağlı təklif məktubu vermişdilər
Asif Qurabının mətbuata verdiyi məlumata görə ötən gün TBMM-ın məktublar Komissiyasından onlara cavab gəlib. Cavabda, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin təklifi hörmətlə qarşılandığı, sadəcə məclisin daxili nizmanaməsinə görə təklif yalnız millət vəkilləri tərəfındən müzakirə olunduğu bildirilib. Dolayısı ilə məktubda irəlı sürülən tələbin komıssıya tərəfındən yerınə yetrılməsının mümkünsüz olduğu qeyd edılıb.
''Bizə verilən cavabı hörmətlə qarşıladıq. Təbii ki, məclisin daxli nizmanaməsinə müdaxlə edə bilmərik. Belə bir düşüncəmizdə yoxdur. Amma Türkiyədə gözəl bir söz var. ''Demokratiyada çarə tükenmez''. Türkiyə Cümhuriyyəti demokratik bir ölkədir. Çarələrin tükənmədiyi bir yerdə yaşayırıq. Odur ki, gecikmədən AKP, CHP və MHP-dən olan millət vəkillərilə görüşməyi planlaşdırırıq. Görüşəcəyımız mıllət vəkillərin Xocalı soyqımına dair irəlı sürdüyümüz təklifin Türkıyə Böyük Mıllət Məclisində qaldırılıcağına əminik. Biz iki dövlət bir millətik! Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanın dərdidir. Artiq, bunu təkrarlamağa da gərək yoxdur. AK Parti Adana Millət vəkili, TBMM Türkiyə - Azərbaycan Dostluq Qrupu Başqanı Prof. Dr. Necdet Ünüvarın 20 yanvar hadisələriylə ilgili ortağa qoyduğu təpki bunu barız nümunəsıdır.'',- deyə Asif Qurban bildirib.
Elçin Abdullayev
Türkiyə, İzmir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər