Qaçırılan qızın anası: "Fəridəni həmin oğlana verməyəcəyəm"
2-02-2016, 17:44
Oxunub: 4 233
Ötən gün Ağcabədi rayonunda orta məktəb müəlliməsinin qaçırılmasının səbəbləri məlum olub
Bolgexeber.com xəbər verir ki, Ağcabədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Fəridə Əsgər qızı Ağayeva öz qohumu tərəfindən qaçırılıb:
"Qızı qaçıran hər üç şəxsin kimliyi müəyyən edilib. Bu gün ərzində onların F. Ağayevanı saxladıqları yer müəyyən ediləcək və onu qaçıran şəxslər saxlanılacaq. Dəqiq olan odur ki, qızı qaçıran oğlan evlənmək niyyəti ilə belə bir addım atıb.
Fəridə dindirilən zaman istəyi ilə getdiyini bildirsə, o zaman onu qaçıranlar məsuliyyətdən azad ediləcək. Şikayətçi olduğu halda Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri ilə məsuliyyətə cəlb ediləcəklər", -deyə idarənin polis əməkdaşı bildirdi.
İdarədən onu da əlavə etdilər ki, qaçırılan qızın anası, Fəridə Ağayevanı onu qaçıran oğlana verməyəcəyini deyir.
Ötən gün Fəridə Əsgər qızı Ağayevanın işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə aparıldığı barədə məlumat yayılıb.
Məlumata görə, qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.
Qaçırılan qız rayon məktəblərinin birində ingilis dili müəlliməsi olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər