Dərslərdə telefonlar səssiz rejimə keçəcək
2-02-2016, 18:39
Oxunub: 3 257
Azərbaycanlı tələbədən yenilik
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrantının iki layihəsi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrand müsabiqəsinin qalibi olub.
Bu barədə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
UNEC-in menecment ixtisası üzrə təhsil alan magistrantı Zülfüqar İsmayılzadənin təqdim etdiyi “SoSmart” və “Whatto” layihələrinin reallaşdırılması işləri universitetin İnnovativ Biznes İnkubatorunda görüləcək.
“SoSmart” layihəsi yerindən və vaxtından asılı olaraq telefonu avtomatik səssiz və ya titrəmə rejimlərinə keçirən mobil tətbiqdir. “SoSmart”ın əsas xüsusiyyəti onun təhsil sisteminə tətbiq olunmasından ibarətdir.
Tələbə və şagirdlər təhsil müəssisələrində olduqda dərs cədvəlinə uyğun olaraq telefonları avtomatik səssiz və ya titrəmə rejiminə keçəcək. Bunun üçün istifadəçinin öncədən dərs cədvəlini mobil telefonuna yükləməsi lazımdır.
Bununla da telefon zəngi vasitəsilə tələbə və şagirdlərin dərs vaxtı diqqətinin yayınması problemi aradan qaldırılacaq. “SoSmart”ın əsas texnoloji yeniliyi onun qeo-lokasiya üzərindən mobil telefonu idarə etməsindən ibarətdir. Demək olar ki, bütün smartfonlarda GPS funksiyası vardır. Mobil tətbiqdə məhz bu funksiyanın köməkliyi ilə yer təyin edilir. Gələcəkdə tətbiqə yeni funksiyalar da əlavə ediləcək.
“Whatto” layihəsi isə istifadəçinin qarderobunu bir yerə toplayan və gündəlik geyimini təyin edən mobil tətbiqdir. Proqram istifadəçiyə həftənin günləri, iş görüşləri, tədbirlər və hava şəraitinə uyğun geyim formasını təqdim edəcək. Bunun üçün istifadəçi öncədən qarderobunda olan geyimlərinin fotosunu çəkib proqrama daxil etməlidir. Mobil tətbiq geyimlərin rəngini və görünüşüni də nəzərə alacaq.
Süni intellektə malik “Whatto” tətbiqi istifadəçiyə alış-verişi də asanlaşdıracaq. “Whatto”nun məqsədi insanların hər gün səliqəli, gözəl görünməsinə yardım etməkdir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər