BolgeXeber.Com » Xəbərlər » Şirvanda məktub yazaraq özünü asan kişinin intihar səbəbi məlum oldu - İşsizlik, borc...
Şirvanda məktub yazaraq özünü asan kişinin intihar səbəbi məlum oldu - İşsizlik, borc...
3-02-2016, 12:05
Oxunub: 4 461
Günün ikinci intihar hadisəsi Şirvan şəhərində qeydə alınıb
Hüquq-mühafizə orqanlarından ANS PRESS-əverilən məlumata görə, Şirvan şəhəri Səməd bəy Mehmandarov küçəsi, ev 16 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Səfayət Malik oğlu Ağayev özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib. 43 yaşlı kişinin asılmış meyitini onun həyat yoldaşı tapıb.
Məlumata görə, S.Ağayevin intihardan əvvəl məktub yazıb və məktubunda işsizliyini, çoxlu borcunun olmasını, buna görə də belə bir addım atdığını qeyd edib.
Özünü asan kişi ailəlidir və uzun müddətdir işsiz imiş.
Faktla bağlı Qardağ rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bu borca görə baş verən ilk hal deyil. Belə ki, ancaq ötən gün iki belə hadisə olub. Bakıda borca görə intihar qeydə alınıb. Xəzər rayonunun Binə qəsəbəsində yaşayan qəsəbə sakini 1977-ci il təvəllüdlü Aynur Cəfər qızı Xancanova özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asaraq intihar edib.
Canına qəsd edən qadının iki övladı məktəbdə dərsdə, əri isə işdə olub. 39 yaşlı qadının intihar etməsinə səbəb olaraq onun ailəsinin böyük miqdarda borcu olması göstərilir.
Ağcabədi rayonunda intihara cəhd baş verib. Şəhər sakini, 1964-cü il təvəllüdlü Zərnişan Şəfayət qızı Ələkbərova yaşadığı evin həyətində üzərinə yanacaq tökərək yandırıb.
52 yaşlı qadının özünü yandırmasına ilkin ehtimal olaraq onun ailə üzvlərinin külli miqdarda borcu olduğu göstərilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər