Ağdaş təhsilində rüsvayçılıq - FOTO
3-02-2016, 14:18
Oxunub: 4 710
Azərbaycanın təhsil sahəsində yaşanan biabırçılıqlar səngimək bilmir
Bir neçə gün əvvəl Neftçala rayon Təhsil Şöbəsində baş verən özbaşınalıqlardan, ayrılan pulların təyinatdan kənar xərclənməsindən və digər problemlər barədə yazmışdıq.
JAM.AZ xəbər verir ki, əksər əyalətlərdə də durum fərqli deyil. Belə ki, Ağdaş rayonunda da təhsilin durumu ürəkağrıdan həddədir. Çünki illər uzunu ayrılmış milyonlarla vəsaitin nəyə xərcləndiyi məlum deyil. Və ya məlum olduğu məktəblərin durumundan bəllidir.
Qeyd edək ki, fotoşəkildə əksini tapan sinif Ağdaş rayonu, Nizami adına 2 saylı orta məktəbindir. Bu orta məktəbdə yazı taxtası belə divara vurulmayıb. Və şagird hər hansı bir məsələ ilə bağlı yazı taxtasının qarşısında müəllimə izah vermək istəyərsə, bunun üçün əlavə iki tələbəyə də gərək var. Həmin iki tələbənin missiyası isə həmin yazı taxtasını əldə saxlamaqdan ibarətdir.
Ağdaş təhsil şöbəsinin müdiri Lütfi Paşayevin məsələdən xəbəri olmasına baxmayaraq, tədbir görməməsi isə ilginc olay deyil. Çünki şöbə müdirinin başı daha çox attestat satmağa, müəllimlərdən pul toplamağa, tenderlərdən gələn pulları bölüşdürməyə və digər işlərə qarışıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər