BolgeXeber.Com » Xəbərlər » Bələdiyyə sədrinin oğlu piyadanı vurub ağır xəsarət yetirdi

Bələdiyyə sədrinin oğlu piyadanı vurub ağır xəsarət yetirdi

3-02-2016, 16:09
Oxunub: 2 527 Bələdiyyə sədrinin oğlu piyadanı vurub ağır xəsarət yetirdiMingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib

RegionXəbərləri.com-un xəbərinə görə, Mingəçevir şəhərində 9 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən piyada qadını avtomobil vurub. Hadisə nəticəsində ağır xəsarət alan qadın Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayevin Aqşin adlı oğlu tərəfindən törədildiyi bildirilir.Bələdiyyə sədrinin oğlu Aqşin dərman firmalarından birinə məxsus avtomobilin sürücüsüdür və qəzanı da həmin avtomobillə törədib.

Faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com