Bərdədə 2 fevral Gənclər günü münasibətilə tədbir keçirilib
3-02-2016, 20:06
Oxunub: 3 983
Gənclər tarixdən öz mərdliyi, dəyanətli, dözümü və qəhrəmanlığı ilə seçilmişdir
Ulu öndərin zəngin dövlərçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yeri olub. Məhz buna görə də Ümummilli liderimiz H.Əliyev gənclərə böyük önəm verərək deyirdi ki, “Azərbaycanın xoşbəxt gələcəyinin qurucuları – böyük qüvvə olan gənclərdir”.
Bu günkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlardan biri də heç şübhəsiz Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi dövlətimizin, millətimizin qürur mənbəyidir.
Heç bir vaxt çətinlikdən qorxmayıb gələcəyə, işıqlı sabaha inamla, cəsarətlə addımlayaraq yurdumuzun çiçəklənməsi naminə var qüvvələrini əsirgəməyən gənclərimiz öz mübarizliyi ilə seçiliblər.
Gənclər tarixdən öz mərdliyi, dəyanətli, dözümü və qəhrəmanlığı ilə seçilmişdir. Azərbaycan gəncləri öz ağılları, zəkaları, bilik və bacarıqlarına, istedadlarına görə dünya gəncləri içərisində özünə məxsus bir yere tutub. Bizim Bərdə gəncləri də çox istedadlı, qabiliyyətli, bilikli və bacarıqlıdırlar. Onların müqəddəs borcu vətənə, onun çiçəklənməsinə xidmət etməkdir.
Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Şatırlı kənd Folklor evi də 2 fevral Gənclər günü münasibətilə “Gənclik-gələcəyin səsi” mövzusunda bədii özfəaliyyət kollektivinin çıxışını təşkil etdi.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər