"Azərsu" pulumuzu versin, biz də sizin maaşınızı verək" - Şirkət rəhbəri
3-02-2016, 23:08
Oxunub: 4 005
"Piramida"nın 100-ədək əməkdaşı maaşını ala bilmir
"Piramida" MMC-nin işçiləri maaşlarını ala bilmir. Bu barədə Qaynar.info-ya MMC-nin işçisi olmuş İlkin Süleymanov məlumat verib.
Şikayətçi bildirir ki, "Azərsu" ASC-yə bağlı olan MMC tikinti işləri ilə məşğul olur. "Piramida"nın türkiyəli rəhbəri Emin Mehmet Tansu hər dəfə maaşlarını tələb edən işçilərə "Azərsu" bizim pulumuzu versin, biz də sizin maaşınızı verək" cavabını verir: "Azərsu"da Arzuman müəllimin qəbulunda olduq. Bizə dedi ki, həmin şirkətin "Azərsu"ya borcu var".
İlkin Süleymanov bildirir ki, şirkətdə maaş problemi olan işçi təkcə o deyil. Onunla yanaşı, "Piramida"nın 100-ədək əməkdaşı maaşını ala bilmir: "Biz bir çox yerlərə müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb. Söz versələr də, problemimiz həll olunmur".
Qaynar.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər