Baş nazirdən Mahsun Kırmızıgülə cavab
4-02-2016, 12:16
Oxunub: 3 435
Türkiyənin baş naziri Ahmet Davudoğlu rejissor Mahsun Kırmızıgülün ona ünvanlanmış iradlarına cavab verib
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor Güneydoğuda baş vermiş terrorla əlaqədar sosial şəbəkədə Ahmet Davudoğluna müraciət edərək “Yaralı uşaqları və insanları ölümə tərk etmək hansı dində yazılıb? Necə bu qədər zalım, bu qədər mərhəmətsiz oldunuz, ey baş nazir?” yazmışdı.
Baş nazir isə M.Kırmızıgülə səslənərək “Əgər zülm görmək istəyirsə, gəlsin ziyarət etdiyim 8 yaşlı Səidin gözlərinin içinə baxsın” deyib:
“Bir sənətçi mənə “zalım” deyə xitab edincə, dönüb aynaya baxdım. Öz-özümlə sorğu-sual etdim. Bu adamı anlamaq istəyirsə, Somaliyə başına sığal çəkilmiş uşaqların yanına getsin. Bizim əlimizdə heç bir məsumun nəinki qanı, göz yaşı belə yoxdur. Kimsə İsrailin, yaxud Əsədin etdiyi kimi, yaxud PKK kimi xalqa zülm etmək istəyirsə, buna səssiz qalacaq qədər soyuqqanlı deyilik.
Mən o sənətçiyə səslənirəm: zülm görmək istəyirsə, xəstəxanada ziyarət etdiyim Səidin gözlərinə baxsın. Diyarbakırda həyatını itirənlərin arxasında hansı zalımların olduğunu görsün və “zalım” sözünü kimin üçün istifadə edə biləcəyini düşünsün. Bizim mərhəmətimizə tarix də, millət də şahiddir. Bu postda durduqca, bu uşaqlara kim zülm edəcəksə, onlara qarşı qüdrətimizin səsi də olacaq. Hesabat verməyə hazırıq”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər