Hava limanında özbaşınalıq – bileti kassada yox, əldə baha satırlar
5-02-2016, 13:52
Oxunub: 4 292
“50 manatlıq bileti 70-100 manata almalı olurlar”
“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvana uçan təyyarələrə biletin qiymətini qaldırmaq üçün maraqlı addım atıb.
Bolgexeber.com Avtosfer.az-a istinadən xəbər verir ki, atılan bu addım son günlər Naxçıvana gedən sərnişinlərin süni qiymət artımı ilə üzləşməsinə səbəb olub.
Sərnişinlərin verdiyi məlumata görə, 50 manatlıq bilet tapmaq indi çox çətindir. Bəzi işbazlar isə həmin biletləri hava limanındakı sərnişinlərə 100 manata təklif edir. Bir qədər xahiş-minnətdən sonra bileti ən yaxşı halda 70 manata satırlar:
“Təsəvvür edin ki, kassada bilet yoxdur, amma kimsə sənin qolundan tutub kənara çəkir və deyir ki, bilet lazımdırsa, bu qiymətə düz-qoş edə bilərəm. Başa düşmək olmur, kassada satılmalı olan biletlər ayrı-ayrı adamların əlinə necə keçir?
İşbazlar Naxçıvana bilet tapmayanların şəxsiyyət vəsiqəsinin fotoşəklini telefonla çəkir və 15 dəqiqədən sonra bilet gətirib verirlər.
Kassalarda isə bildirirlər ki, Naxçıvana bilet yoxdur, quratırıb. Bəs bu adamlar haradan tapıb əldə satırlar?
Xeyir-şər məclislərinə tələsənlər, hərbi xidmətlə bağlı məzuniyyəti başa çatıb geri qayıtmalı olan hərbçilər vaxtında mənzil başına çatmaq üçün məcbur qalıb 50 manatlıq bileti 70-100 manata almalı olurlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər