Meyxana televiziyalardan niyə yığışdırıldı?
5-02-2016, 16:17
Oxunub: 5 302
Bir müddət bir-birinin ardınca müxtəlif televiziya kanallarında meyxana yarışları keçirilirdi
Bunlar ANS-də “De gəlsin”, ATV-də “Sözüm var”, Space TV-də “Sözümüz-sözdür” verilişləri idi. Kifayət qədər reytinq qazanıb, ictimaiyyətin marağına səbəb olan, aylarla efirlərdən düşməyən bu verilişlərdə bəzən söyüş tipli, bayağı, vulqar ifadələr səsləndiyindən tez-tez tənqid obyektinə də çevrilirdi. Tanınmış meyxanaçılar belə bu verilişlərdə meyxananın səviyyəsiz şəkildə təqdim edilməsindən şikayətlənir, buna qarşı senzura qoyulmasını, hətta efirlərdən yğışdırılmasını tələb edirdilər.
Son dövrlər isə həmin meyxana verilişləri efirlərdə gözə dəymir. Səbəb nədir?
Məsələ ilə əlaqədar televiziya kanalları ilə əlaqə saxladıq. Space TV-nin icraçı direktoru Kamil Şahverdi səbəbi bu cür açıqladı:
“Sonuncu verilişlərə elə də böyük maraq olmadı, reytinq əldə edə bilmədik, ona görə davam etdirmədik”.
Kamil Şahverdi onu da vurğuladı ki, yaxın gələcəkdə də Space TV-də meyxana tipli verilişin olacağı gözlənilmir.
ATV televiziyasının mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə qeyd etdi ki, “Sözüm var” meyxana yarışı verilişinin dayandırılması səslənən tənqidlərlə bağlı deyil:
“Məlum olduğu kimi, televiziyada proqram siyasəti bir-iki günün içində yaranan iş deyil. Adətən mövsüm ilə əlaqədar televiziyanın rəhbərliyi tərəfindən mövsümlük proqram tərtib olunur. Hansısa layihə efirə çıxanda bu o demək deyil ki, o davamlı olmalı, bir neçə ili əhatə etməlidir...
Amma zaman-zaman meyxanaçılar televiziyanın hansısa şou proqramlarında, verilişlərində iştirak edirlər”.
Vaqif Aydınoğlu da qeyd etdi ki, gələcəkdə bu tipli verilişin olacağı gözlənilmir.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə yaxın gələcəkdə meyxana yarışmasının yeni kollektivlə yenidən efirə gedəcəyini deyib:
“Ümumiyyətlə, televiziya verilişləri elədir ki, bir il keçdikdən sonra onu dəyişdirmək lazımdır. Müzakirə edirik, verilişə baxış çoxdur, ya yox. Bundan sonra onun yenidən gələn ilin proqramına da də salırıq. Həmin verilişdə müəyyən düzəlişlər, yeniliklər edirik”.
Bir müddət ANS-də “De gəlsin” meyxana yarışmasının iştirakı olan Vüqar Biləcəri də məsələyə öz münasibətini bildirib. Meyxanaçı səslənən tənqidlərlə razılaşmadığını deyib:
“Orda təhqiredici sözlər, söyüşlər olmayıb. Sadəcə yüngülvari şirin kəlmələr var, zarafatlar var idi. Yəni, çərivədən kənara çıxmalar ola bilməz.
Meyxana elə bir sənətdir ki, bu, hər adama verilən qabiliyyət deyil. Bu, ilahi istedaddır. Əsl sənətkarı, yəni şairi xalq özü istəsin gərək. Şərt o deyil ki, səhərdən-axşamadək efirdə qalasan. Bilirsiz ki, belə sənətkarlar var, onlar bütün günü efirdədilər. Lakin el şənliklərində, məclislərində onları görmək olmur. Çünki o sevgini qazana bilməyiblər”.Musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər