Cəlilabadda qarışıqlıq yaradanlar kimlərdir?
5-02-2016, 17:47
Oxunub: 4 520
Aksiyaçı kimi qələmə verilən bir qrup sakin isə DSMF-yə üz tutaraq sosial müavinət almaq istəyənlər olublar
Ötən ilin dekabr ayında mediada Cəlilabad rayonunda əhalinin aksiya keçirilməsi haqda bir çox məlumatlar dərc edilir, rayon sakinlərinin sosial həyat şəraitindən narazı olduğu bildirilirdi. Bu gün isə Azad.media-ın redaksiyasına həmin “aksiyalar”ın pərdəarxası məqamları barədə maraqlı məlumatlar daxil olub. Qeyd edilir ki, hər şey heç də yazılıb- pozulduğu kimi deyil. Belə ki, Cəlilabadda heç bir aksiya keçirilməyib. Aksiyaçı kimi qələmə verilən bir qrup sakin isə DSMF-yə üz tutaraq sosial müavinət almaq istəyənlər olublar. Bütün bunlar azmış kimi, üstəlik sosial şəbəkələrdə saxta hesablar açılır, Cəlilabadda görülən işlərlə bağlı qara piar aparılır.Bütün bunları qoyaq bir qırağa... Sən demə, bütün bu “özfəaliyyət” rayon icra başçısının keçmiş 1-ci müavini Asif Əzizova məxsus imiş. Redaksiyamıza daxil olan məktubda belə deyilir. Belə güman etmək olar ki, Asif Əzizovun vəzifədən kənar düşməsi onu bərk incidib. Belə yerdə deyiblər “ Bağda ərik var idi, salam-əleyk varıydı.Bağda ərik qurtardı, salam-əleyk qurtardı.” İstənilən halda biz qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq .
Azad.media
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər