Hacıqabulda əl işlərindən ibarət sərgi və və təqdimat keçirildi
6-02-2016, 10:31
Oxunub: 3 593
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin Rəsm və Xalça-Toxuculuq kursunun üzvlərinin əl işlərindən ibarət sərgi və kursu bitirənlərin vəsiqələrinin təqdimatı
05.02.2016-cı il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Mərkəzin Rəsm və Xalça-Toxuculuq kursunun üzvlərinin əl işlərindən ibarət sərgi açıldı və kursu bitirənlərin vəsiqələrinin təqdimatı keçirildi.
Mərkəzin direktoru çıxış edərək qeyd etdi ki, bu gün artıq Mərkəzdə II buraxılış keçirilir.Belə ki, 2014-cü ilin mart ayından Heydər Əliyev Mərkəzində artıq kurslar fəaliyyət göstərməyə başlayıb.Rəsm və Xalça-toxuculuq kursları. Əvəllki buraxılış keçən il oldu.10 nəfər 6 Rəsm, 4 isə Xalça-toxuculuq kursunun məzunu oldu.Bu il isə 15 nəfər məzunumuz var: 11 Rəsm, 4 isə Xalça-toxuculuq.İnanırıq ki, gələn il bundan çox olacaq.Ona görə ki, həm bu kurslarda gənclərin asudə vaxtı səmərəli keçir, sənət öyrənirlər, həm də başqa adlı kurslar, dərnəklər açmağı planlaşdırırıq:İngilis dili, Rus dili, Kompyuter bilikləri kursları, Kiçik Heydərçilər dərnəyi-ibtidai sinifə hazırlıq.Düzdü bu kurslar hər yerdə olduğu kimi ödənişli olacaq.Amma biz çalışırıq ki, gənc nəsil təhsilli, tərbiyyəli, istedadlı yetişsin.Bu vəsiqələr sizlərə əbəs yerə verilmir. Mərkəzdə, rayonda, hətta Respublikada keçirilən sərgilərdə, yarışlarda daima fəal olmanızı istəyirik.Keçən il Bakıda Elmi Metodiki Mərkəzin Bayraq günü münasibəti ilə təşkil etdiyi sərgidə Rəsm kursumuzun iki üzvü 10 rəsmlə iştirak etdi, İbrahimov İxtiyar Respublika ikincisi oldu.Diplom və hədiyyə ilə mükafatlandırıldı, Aztv-də “Səhər” verlişinə dəvət aldı və iştirak etdi.Rəsm müəllimi Fəridə xanıma Fəxri Fərman verildi.Biz çalışacağıq ki, sizlərin sayəsində bu cür uğurlarımız bol olsun.
Sonra Mərkəzin bələdçisi Şəbnəm Mehdiyeva kursların, dərnəklərin fəaliyyəti barədə geniş məruzə ilə çıxış etdi.Çıxışlar bitdikdən sonra Mərkəzin direktoru tərəfindən kursları bitirənlərə vəsiqələr təqdim olundu.Kurs müəllimləri və məzunlarla birlikdə üzərinə “Vəsiqə” yazılmış tort kəsildi.Tədbirin sonunda kurs üzvlərinin əl işlərindən ibarət sərgiyə tamaşa edildi və xatirə şəkilləri çəkildi.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər