TQDK: Məktəb rəhbərliyi buna göz yumur
6-02-2016, 15:22
Oxunub: 2 975
"Komissiya imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır"
“Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidir.
M.Abbaszadə TQDK-nın şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərə lazımi diqqət göstərməsinin tərəfdarı olduğunu açıqlayıb: "Komissiya imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır".
M.Abbaszadə əlavə edib ki, I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib: “Təbii ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub. Nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər