BolgeXeber.Com » Xəbərlər » Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı necə mənimsəyib?

Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı necə mənimsəyib?

8-02-2016, 10:41
Oxunub: 2 095 Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı necə mənimsəyib?Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb”

Azad.Media xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinə bir ildə ayrılan büdcə vəsaitlərinin əsas hissəsinin tenderdə tək təşkilata verildiyi ortaya çıxıb. Gözdən uzaq regionlara ayrılan pulların hansı sahələrə və necə sərf edildiyi maraqlı olduğu qədər də icra başçılarının kimlərlə iş gördüyü də diqqətçəkəndir. Söhbəti gedən rayon üzrə 5 ilin mövcud statistikasına nəzər yetirək.
Satınalmalar Üzrə Dövlət Agentliyinin 2010-cu ilin mart-dekabr ayları ərzində keçirilmiş müsabiqələrinin reyestrinə əsasən Goranboy rayon İcra Hakimiyyəti ümumilikdə 348676 manatı tender yolu ilə xərcləyib. Həmin il 5274 manatlıq inventar fiziki şəxs Lamiyə Yusibovadan alınıb. Şəfəq kənd uşaq bağçasının təmiri 13959 manat, Tatarlı kənd uşaq bağçasının təmiri 6618 manat, iki uşaq bağçasının təmiri (adları yoxdur) 3247 və 2257 manat müqabilində Anar Bayramova tapşırılıb. Şəhərdə işıqlandırma sistemini “Hicranoğlu” MMC 22230 manata quraşdırıb. 32748 manatlıq abadlıq işləri yenə həmin şirkətə həvalə edilib. Qızılhacılı qəsəbəsində 19855 manatlıq abadlıq işləri A.Bayramova verilib. Həmin ərazi üçün adıçəkilən şəxsə 5890 manatlıq da sifariş görünür. “Kooperativ cəmiyyəti”ndən üst-üstə 20 tenderdə ümumilikdə 109700 manatlıq ərzaq və kənd təsərrüfatı malları alınıb, müsabiqələri bir təşkilat qazanıb. Cəmi 4 uşaq bağçası da daxil ərzağı inzibati ərazi dairələri götürüb. Son ünvanı maraqlıdır. Gorandan giriş qapısının tikintisi yenə fiziki şəxs Fazil Qasımovdan 37988 manata satın alınıb. Yaşayış binalarının əsaslı təmiri işlərinin 88910 manata aparıldığı göstərilir, amma satın alan şirkətin adı yoxdur.
2011-ci ildə Goranboy İH ərzaq və kənd təsərrüfatı məhsullarının satın alınması üzrə ümumilikdə 222973 manat dəyərində 23 tender keçirib və həmin məbləği iki şirkət aralarında paylaşıb – “Goranboy rayon Kooperativ Cəmiyyəti” və “Mövqe 2010″ MMC. Bu dəfə bağçalar yoxdur, məhsulların sadəcə inzibati ərazi dairələri üzrə nümayəndəliklərə alındığı göstərilir. Bir ildə ərzağa tələbatın iki dəfə artmasının iqtisadi əsaslandırması əcaba nə ola bilər? Deyilənə görə, yoxsulluq səviyyəsi sürətlə azalır, bəs bu qədər ərzaq hansı acların mədəsinə gedir?
Həmin il 3 saylı uşaq bağçasında təmir işlərinin satın alınmasına 9861,19 manat (“Şevqard-2″ MMC), Faxralı inzibati ərazisindəki bağçanın təmirinə 9876,45 manat (“Lion” şirkəti), Sarov kənd bağçasının təmirinə 9864,81 manat (“Lion” şirkəti) ayrılıb. Şəhərin V.Bayramov küçəsində divarların aqlay ilə üzlənməsi 42972 manat (“Ulduz Tikinti” MMC), Vidadi və M.Məhərrəmov küçələrində işıqlandırma sistemi üçün elektrik xəttinin çəkilişi 18512 manat (“Rəşid-K-İ” şirkəti), V.Bayramov küçəsində yeni tikilən parkda fontan qurğularının tikintisi 29971 manat (“Rəşid-K-İ” şirkəti), S.Civəzadə və V.Bayramov küçələrində yaşıllıq zolaqları 48304 manat (“Rəşid-K-İ” şirkəti), S.Cavadzadə və V.Bayramov küçələrində səkilərin təmiri 49572 manat (“Rəsul-İ” MMC), Qızılhacılı qəsəbəsi Mehdi Hüseyn küçəsinin asfaltlanması 79950 manat (“Goranboy 19 saylı Yİİ”), küçələrin asfalt-beton örtüyünün təmiri 99962,5 manat (“Goranboy 19 saylı Yİİ”), abadlıq və quruculuq işləri 121338,01 manat (“Taryel-Hicran” MMC), dəftərxana və təsərrüfat malları 4287 manat (“Goranboy rayon Kooperativ Cəmiyyəti”), təmir və yaşıllaşdırma işləri 39748 manat (“Dəliməmmədli Kommunal Müəssisələr Kombinatı”), küçələrin təmizlənməsi 137470 manat (Təmizlik idarəsi), təkrar küçələrin təmizlənməsi 55000 manat (Yaşıllıq-Şitillik İdarəsi, üst-üstə 192470 manat), küçələrin asfalt-beton örtüyünün təmirinə 406704 manat (“19 saylı Yİİ”) sərf olunub. 2011-ci ildə ümumilikdə 1386365.96 manat xərclənib, əvvəlki il tenderlə xəclənən vəsaitdən 4 dəfə çox.
2012-ci ildə abadlıq işləri “Fəqan” xidmət təşkilatından 1625251 manata satın alınıb. Şikayətçinin məktubunda şirkətin daha 105 min manat məbləğində tenderi qəbul etdiyi vurğulanırdı, amma satınalmalar üzrə məlumat bazasında belə müqavilə yoxdur. Ya məlumat yanlışdır, ya da bazada əksini tapmadığına görə vəsait müsabiqəsiz həvalə edilib. Yaşıllıq zolağının salınması işləri (“Fərid-M xidməti təşkilat” MMC, 5700 manat), Şəhidlər Xatirə Kompleksində abadlıq işləri (“Birgə” MMC, 42624 manat), maşın və mexanizmlərin alınması (“Fərid-M xidməti təşkilat” MMC, 22945 manat), Dəliməmmədli-Həmənli avtomobil yolunun tikintisi (“Xocalı 58 saylı yol istismarı” MMC, 4597305 manat), rayonun Yeniyol kəndində 220 şagird yerlik orta məktəbin tikintisi (“İnşaatçı” təmir tikinti müəssisəsi, 1552710 manat-şagirdbaşına 705777 manat düşür), Fəxralı kəndində 480 şagird yerlik orta məktəbin tikintisi (“İnşaatçı” təmir tikinti müəssisəsi, 2105000 manat
Bolgexeber.com