Keçən il Kürdəmir sakinini qətlə yetirənlər tutuldu
8-02-2016, 11:27
Oxunub: 1 051
Hazırda istintaq tədbirləri davam etdirilir
Abşeron rayonunda aylar əvvəl qətl törədən şəxslər tutulublar.
Baş Prokurorluğun mətbuat xidmətlərindən Bolgexeber.com-a verilən məumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il Abşeron rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.
İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini 1982-ci il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yeyib-içiblər. Yeyib-içdikdən sonra onların arasında mübahisə yaranıb və yuxarıda adları çəkilən şəxslər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər.
Cinayətin Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial