BolgeXeber.Com » Xəbərlər » Əli Abbasovun bağ evindən 1 milyon oğurlanıb? - Sabiq nazirlə bağlı sensasion iddia yayıldı

Əli Abbasovun bağ evindən 1 milyon oğurlanıb? - Sabiq nazirlə bağlı sensasion iddia yayıldı

8-02-2016, 14:38
Oxunub: 2 909 Əli Abbasovun bağ evindən 1 milyon oğurlanıb? - Sabiq nazirlə bağlı sensasion iddia yayıldıKeçmiş rabitə və informasiya texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən külli miqdarda pul oğulandığı haqda sensasion xəbər yayılıb


Bolgexeber.com unikal.org-a istinadən xəbər verir ki, nazirin evindən nə az, nə çox 1 milyon manat pul oğurlanıb
Məlumatı adıçəkilən sayta istinadən olduğu kimi təqdim edirik:
"Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızılıb. Yəni, bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.
Maraqlı məqamlardan biri də odur ki, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.
Onu da qeyd edək ki, indiyə kimi bu məsələnin ört-basdır edilməsi də birmənalı deyil. Maraqlı məqamlardan biri də odur ki, oğurluq cinayətləri adətən polis araşdırır. Amma Əli Abbasovun bağ evindən edilən oğurluğu MTN araşdırıb. Bu da keç miş nazirin MTN-lə əlaqəli olduğunu sübut edir".