BolgeXeber.Com » Xəbərlər » Dövlət Statistika Komitəsinin sədri Tərtər ictimaiyyəti ilə görüş keçirib-FOTO

Dövlət Statistika Komitəsinin sədri Tərtər ictimaiyyəti ilə görüş keçirib-FOTO

8-02-2016, 23:24
Oxunub: 2 137 Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTODövlət Statistika Komitəsinin sədri Tahir Budaqov fevralın 8-də Tərtərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Bolgexeber.com xəbər verir ki, icra hakimiyyəti aparatının, ərazi nümayəndəliklərinin işçilərinin, bələdiyyə sədrlərinin, ictimaiyyət nümayəndələrinin, o cümlədən sahibkarların iştirak etdikləri görüşdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı“nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qarşıya qoyulan vəzifələr barədə ətraflı söhbət aparılıb.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər, o cümlədən ötən il rayonda qazanılan sosial-iqtisadi uğurları konkret faktlarla diqqətə çatdırıb, bu cür görüşlərin iqtisadiyyatın ayrı-ayrı sahələrinin potensial imkanlarının araşdırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Milli Məclisin deputatı Sahib Alıyev dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrdən, sahibkarlığın inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Deputat qeyri-neft sektorunun inkişafı, iş adamlarına hərtərəfli dəstək göstərilməsi, sahibkarlığın inkişafına mane olan amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışaraq, Apelyasiya şuralarının yaradılması barədə Azərbaycan Prezidentinin fərmanlarının məhz sahibkarların hüquqlarının müdafiəsində mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edərək, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi konkret tapşırıqlar və qarsıya qoyduğu vəzifələrdən danışıb. Komitə sədri dünyada iqtisadi böhranın dərinləşdiyini, geosiyasi risklərin artdığını, enerji bazarındakı qeyri-sabitliyi diqqətə çatdıraraq, ölkəmizdə milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. T.Budaqov dünyada baş verən iqtisadi böhranın əslində siyasi amillərin, ikili standartların nəticəsi olduğunu qeyd edib, bu cür proseslərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişafa nail olunduğunu bildirib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılan siyasi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması, sahibkarlığın inkişafı və sair ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanaqlığını təmin edib.

Son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən komitə sədri, gəlirlərin azalmasına baxmayaraq, bir sıra sahələrdə əmək haqlarının, pensiyaların artırıldığını diqqətə çatdırıb, həyata keçirilən sosial layihələri konkret faktlarla sadalayıb.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarından və bu istiqamətdə gördüyü məqsədyönlü tədbirlərdən danışan T.Budaqov bölgələrdə ayrı-ayrı sahələrin, xüsusilə aqrar sektorun, emal sənayesinin potensial imkanlarından bəhs edib, iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bunun üçün bütün səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.

Komitə sədri, ümumiyyətlə, özəl bölmənin inkişafı istiqamətində görülən işlərin, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qəbul edilən qərarların bu sahənin inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

“Əlbəttə, dünyanı bürüyən və Azərbaycandan da təsirsiz ötüşməyən iqtisadi böhran şəraitində həyata keçirilən sosial-iqtisadi strategiya bir amala, bir məqsədə xidmət edir ki, bunun da mərkəzində insanlarımızın rifahının yaxşılaşdırılması, onların sosial qayğılarının təmin olunması dayanır”, - deyən T.Budaqov ölkəmizdə, o cümlədən Tərtərdə həyata keçirilən sosial layihələrdən də bəhs edib.

Görüşdə sahibkarlar rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən pambıqçılığın, heyvandarlığın, taxılçılığın inkişafı, emal müəssisələrinin yaradılması ilə bağlı təkliflərlə çıxış ediblər. Məruzə və çıxışlarda səsləndirilən təkliflər ətrafında geniş müzakirələr aparılıb.
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO
Dövlət Statistika Komitəsinin sədri Tərtər  ictimaiyyəti ilə görüş keçirib-FOTO