İlhamə Quliyevanın oğluna cinayət işi açıldı
10-02-2016, 09:29
Oxunub: 3 301
Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb
Bolgexeber.com-un aznews.az-a istinadən məlumatına görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın köməkçisi Mehriban Hüseynovanı həbs etdirməklə gündəmə gələn O.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.
Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.
Araşdırma zamanı həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.
Qeyd edək ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər