"Günəşli" yatağında yanğın 2 aydan sonra söndürüldü
11-02-2016, 13:11
Oxunub: 4 399
"Günəşli" yatağındakı 10-cu özüldə yanğın söndürülüb
Bolgexeber.com Fövqaladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, 4 dekabr 2015-ci il tarixində "Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.
Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb.
SOCAR-ın məlumatında isə bildirilir ki, dekabrın 4-də Bakı və Abşeron yarımadasında nadir hallarda təsadüf edilən çox güclü qasırğa zamanı "Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyular fevralın 10-da tamamilə söndürülüb.
Yanğın zamanı quyuağzı avadanlıqların sıradan çıxması nəticəsində quyuların hermetikliyi pozulmuşdu ki, bu da quyuların boğulmasını çətinləşdiriridi. Mövcud texnika və avadanlıqlardan maksimum səmərəli istifadə edilərək, əlavə problem yaratmadan yanan quyularda növbə ilə quyuağzı avadanlıqlar dəyişdirilib, quyular məhlul ilə boğulub.
Görülmüş tədbirlər nəticəsində yanğın tam söndürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər