BolgeXeber.Com » Xəbərlər » Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO

Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO

11-02-2016, 17:54
Oxunub: 5 937 Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO"Məgər baş leytnat F.İsmayılov bilmir ki, dekabr ayından sonra noyabr ayı gəlmir?"

Bolgexeber.com bildirir ki, Sumqatıt şəhər saykini İbrahimov Aydın Nüslət oğlu yaşadığı şəhərdə fəaliyyət göstərən DYP əməkdaşlarının ona yönəlik olan hərəkətlərini qanunsuz sayaraq daxili işlər naziri Ramil Usubova ünvanladığı şikayət məktubunun bir nüsxəsini də Azinforum.az-a göndərib. Şikayətçi bildirir ki, o, Sumqayıtda yaşasa da, Bakı şəhərində işləyir:


"Sumqayıt- Bakı elektrik qatarı fəaliyyətini bərpa edəndən sonra, mən öz şəxsi avtomobilimi Sumqayıtdakı dəmir yol vağzalının ətrafında saxlayıb qatarla Bakıya işə gedirdim. Axşam isə qayıdanda avtomobilimi ordan götürüb evimə gəlirdim. Həmin ərazəlirdə fəaliyyət göstərən Sumqayıt DYP-sinin əməkdaşları bunu görsələr də, heç vaxt irad bildirməyiblər. Ötən ilin 03.12.2015-ci il tarixində DYP tərəfindən mənə durma qaydalarını pozduğum üçün 20 manat məbləğində cərimə bildirişi göndərildi. Mən bununla tam razılaşaraq, bir daha avtomobilimi həmin ərazidə saxlamadım. Lakin ünvanıma gələn cərimə bildirişlərinin arası kəsilmədi. 07.12.2015 və 08.12.2015 il tarixində ünvanıma yenidən 20 manatlıq cərimənin göndərilməsi məni sizə müraciət etməyə vadar etdi.

Cənab nazir!
Sizə ünvanladığım birinci məktubda bildirmişdim ki, əgər mənim avtomobili saxladığım yer qadağandırsa, niyə DYP əməkdaşları mənə bunu deməyiblər? Onlar yalnız, məni güdməklə məşğul olublar. İşə gedən kimi avtomobilimin şəkilini çəkib cərimə göndəriblər. Bir dəfə də olsun avtomobilimin üzərinə cərimə olunmağımla bağlı xəbərdarlıq bildirişi qoyulmayıb? Hələ də həmin yerdəki anoloji vəziyyət davam edir. İnsanlar bilməyərəkdən həmin ərazidə avtomobillərini saxlayırlar. Bu hal da DYP-yə sərf etdiyi üçün, kütləvi cərimələmə işi aparılır.
Bu məktubdan sonra, məni 30 yanvar 2016-cı il tarixdə Sumqayıt şəhər DYP-sinə dəvət etdilər. Dedilər ki, şikayətimi araşdırmaq baş leytenant Fəqan İsmayılova həvalə edilib. Cənab baş leytenant mənim şikayətimi araşdırmaq əvəzinə, sürpriz təqdim etdi. Bildirdi ki, sən demə, mənim ötən ilin noyabr ayının 21, 23 və 25-nə də 3 ədəd cəriməm varmış. Yəni cənab nazirə etdiyim şikayətdən sonra məndən ünvanıma göndərilməyən daha üç cərimənin ödənilməsini tələb etdilər.

Cənab nazir! Aparılan araşdırma aşağıdakı sualları yaradır:
Məgər baş leytnat F.İsmayılov bilmir ki, dekabr ayından sonra noyabr ayı gəlmir? Niyə həmin aya olan "cərimələr” mənə dekabrdakı cərimələrdən sonra təqdim edilib və ünvanıma göndərilməyib? Niyə mənim barəmdə müxtəlif vaxtlar üçün tərtib edilən 6 ədəd cərimə pratakolu eyni gündə, yəni 25.01.2015-ci ildə sistemə vurulub?”
Şikayətçi təqdim etdiyi əlavə sənəd və dəlillərlə sübut edir ki, onun barəsində aparılan araşdırma qanunun tələblərinə əsaslanmayıb və cənab nazirdən xahiş edir ki, bununla bağlı ətaraflı araşdırmanın aparılmasına göstəriş versin. Sumqayıt DYP-si ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacayıq…
Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO
Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO
Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO
Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO
Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO
Sumqayıt DYP-sinin qanunsuz əməllərindən nazirə şikayət edildi –FOTO