BolgeXeber.Com » Xəbərlər » “Sahil” bağçasında körpələr donur - FOTO

“Sahil” bağçasında körpələr donur - FOTO

12-02-2016, 15:31
Oxunub: 3 709 “Sahil” bağçasında körpələr donur - FOTO"Uşaqlarımız soyuqdan donurlar. Tez-tez xəstələnirlər" - bu sözləri uşaqları əmanət etdikləri bağçadan şikayət edən valideynlər deyir

Musavat.com saytına şikayət ünvanlayan valideynlər, Binəqədi rayon, Rəsulzadə qəsəbəsində yerləşən “Sahil” bağçasından şikayət ediblər. Onların şikayət etmələrinə səbəb isə, bağçanın isitmə sisteminin olmamasıdır. Daha dəqiq desək, bağçanın naməlum səbəblərdən təbii qazının kəsilməsi, valideynləri şikayət etməyə vadar edib.

Şikayətçilərin sözlərinə görə, soyuq havaların davam etməsinə baxmayaraq, bağçanın qazı ya fasilələrlə verilir, ya da ümumiyyətlə verilmir: "Uşaqları gözümüz kimi qoruyuruq. Xəstə olmamaları üçün hər şey edirik. Sağlam formada göndəririk bağçaya, uşaq evə xəstə qayıdır. Çünki bağça soyuqdur. Nə qədər də elektrik sobaları işlətsələr də, otaqlar isinmir. Bina köhnədir. 1936-cı ildə tikilən binanı isitmək asan deyil".

Valideynlər bağçanın binasının təmir edilməməsi ilə bağlı da narazılıq edirlər: "Bina köhnədir. Az qala 1 əsr yaşı var. Bağçanı əsaslı təmir etmək lazımdır. Uşaqları nəzərə almaq lazımdır. Müəllimələr yaxşıdır, uşaqlara yaxşı baxırlar. Amma binanın baxıma ehtiyacı var. Bakı şəhər İcra Hakimiyyəti bağçaları deyəsən unudub".

Məsələ ilə bağlı adıçəkilən bağçaya yollandıq. Qapıdan içəri girən kimi, divarda olan kombinin işləyib-işləmədiyini yoxladıq. Kombinin soyuqluğundan məlum oldu ki, işləmir.

Bir müddət sonra bağçada çalışan bir neçə xanım bizi qarşıladı. Müdirənin bağçada olmadığını, qaz probleminə görə İcra Hakimiyyətində olduğunu dedilər: "Bağçada kombi sistemi var. Amma arada problemlər yaşayırıq. Əvvəllər də qazın kəsilməsi, kombinin işləməməsi ilə qarşılaşırdıq. Amma belə uzun müddətli olmamışdı. Sevil (bağçanın müdirəsi- red) xanım da bu məsələyə görə çox narahatdır. Kim istəyər ki, soyuq otaqda otursun? Heç kim istəməz. Yəqin ki, indi həll edərlər. SOCAR-dan işçilər gəliblər, bu gün həll edəcəklərini deyirlər".

Görünür ki, bağça işçiləri düz deyirdilər, doğrudan da bağçanın həyətində qaz idarəsinin bir neçə işçisi var idi. Onlardan problemin nədən qaynaqlandığını soruşduq: "Biz daimi olaraq təbii qaz veririk. Heç bir kəsilmə olmayıb. Problem kombidədir. Onu da indi həll edəcəyik".
“Sahil” bağçasında körpələr donur - FOTO
“Sahil” bağçasında körpələr donur - FOTO