“Armo STORE” supermarketində siqaret sabotajı… - FOTO
12-02-2016, 17:49
Oxunub: 7 944
Dolların manata nisbətən güclənməsi ölkədə ciddi qalmaqal yaratdı
Süni qiymət artımından tutmuş etiraz aksiyalarına kimi baş verdi. Ölkə başçısı İlham Əliyevin vəziyyətə müdaxiləsi nəticəsində süni qiymət artımının qarşısı qismən alındı və əsasən un və un məhsullarının qiymətləri düşdü.
Daha bir problem isə spirtli içkilərin və siqaretin qiyməti ilə bağlı idi ki, İlham Əliyev buna da son qoydu. Əvvəl spirtli içkilər, daha sonra isə siqaretin qiymət problemi həll olundu. Ötən həftə isə konkret olaraq siqaretin qiymətinin düşməsi ilə bağlı göstəriş verildi. Ölkənin bütün satış məntəqələrində siqaret ilk qiymət məzənnəsinə (dollar 1.05) görə, tənzimləndi.
Amma bu gün elə marketlər var ki, ölkə başçısının göstərişlərini, qərarlarını və qoyulan qiymət qaydalarını pozmağa, sabotaj yaratmağa çalışırlar.
Belə ki, siqaretlərin baha satıldığı günlərdə siqaret satışını tamamilə dayandıran “Armo STORE” supermarketində indi siqaretlərin satışına qərar verilib. Özü də baha qiymətə…
Xətai metrosunun arxasında, Xətai Estetik Klinikasının yaxınlığında yerləşən, “NUR retail” MMC-yə məxsus “Armo STORE” marketində siqaretlərin qiyməti süni olaraq qaldırılıb. Hazırda bütün market və satış mərkəzlərində 3 manat 30 qəpiyə satılan “SOBİRANİE BLUE KSS” siqareti bu marketdə 4 manat 30 qəpiyə satılır.
Elə isə maraqlıdır, şəhərin mərkəzində yerləşən bu marketin sahibi görəsən nə düşünür? Qanunları, qoyulan qaydaları saymır yoxsa, bunun adını nə qoyaq? Bəlkə iqtisadi SABOTAJ?…
Bizimxeber.az olaraq apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu marketlər şəbəkəsi Prezident Administrasiyasında çalışan yüksək çinli məmurlardan birinin nəzarətindədir. Bu səbəbdən də yəqin ki, market sahibi üçün heç bir qorxu, toxunulmazlıq, təhlükə yoxdur. Lakin iki gün öncə ölkə başçısı İlham ƏLiyev bildirdi ki, Azərbaycanda toxunulmaz şəxs yoxdur: “Heç kim imtiyazlı ola bilməz, heç kim toxunulmaz deyil…”
Qiymətin hansı səbəbdən təyin edilməsi üçün “NUR retail” MMC-nin (055) 515-47-54 və satış meneceri Emil müəllimlə (055) 515-47-16) əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər