Binəqədi rayonunda "Avto -Cars" lövhəsi arxasında şıdırğa qumar
15-02-2016, 14:18
Oxunub: 3 652
Bu dəfə qumarbazlar «Avto Cars» reklam lövhəsinin arxasında gizlənməyə çalışıblar
Son dövrlər Bakıda qumarxanaların sayı sürətlə artmağa başlayıb. JAM.AZ xəbər verir ki, bir müddət əvvəldən etibarən yağışdan sonrakı göbələklər misalı çoxalan bu məkanlara daha biri əlavə olunub.
Belə ki, Ayna Sultanovanın heykəlinin arxasında yerləşən yeni binanın 1-ci mərtəbəsində «Kontak» mağazasına bitişik «Avto Cars» reklamlı obyektdə açıq-aşkar qumar oynanılır.
Həmin qumarxananın belə bir reklam lövhəsinin altında fəaliyyət göstərməsi bu biznesin bilicilərinin təzə «kəşfi»dir. Onların ağlıyca bu cür «kamflyüaj» onların əməllərini gizlədəcək. Lakin belə məkanlar qısa müddətdə üzə çıxır və bunu bilənlər də elə ətrafda yaşayan insanlar olurlar.
Maraqlı məqamlardan biri də odur ki, həmin obyektdə qumar oynanıldığını hamı bildiyi halda, Binəqədi Polisi niyə susur. Halbuki qanunun tələblərinə uyğun olaraq, həmin məkan bağlanılmalı və bu işə rəvac verənlər isə məsuliyyətə cəlb edilməlidirlər. Bu addımlar atılmırsa, o zaman ortaya başqa məqamlar və şübhələr çıxmağa başlayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər