BolgeXeber.Com » Xəbərlər » “Finca Azərbaycan” Qarabağ əlilini intihar həddinə çatdırıb-VİDEO
“Finca Azərbaycan” Qarabağ əlilini intihar həddinə çatdırıb-VİDEO
16-02-2016, 15:17
Oxunub: 3 493Onun narazılığı Finca Azərbaycan bank olmayan kredit təşkilatındandır
Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ əlili Elbrus Abdullayev BTV-nin elektron ünvanına şikayət məktubu ünvanlayıb.
Onun narazılığı Finca Azərbaycan bank olmayan kredit təşkilatındandır. Şikayətçi bildirir ki, 2015-ci ilin sentyabr ayında heyvan almaq məqsədilə Finca Azərbaycan bank olmayan kredit təşkilatının Tovuz filialından 6 min manat kredit götürüb. Təşkilat məbləğin hamısını manatla verə bilməyəcəyini əsas gətirərək 6 min manatın yarısını dollar, yarısını isə manatla verib. Lakin ötən ilin dekabrında ikinci devalvasiya baş verəndən sonra Finca Azərbaycanla arada problemlər yaşanmağa başlayıb. Çarəsiz qalan Qarabağ əlili yalnız ölkə başçısına güvəndiyini və bu məsələnin həllində ona kömək göstəriləcəyinə inandığını söyləyib. Bolgexeber.com