Ağcabədidə valyuta mübadiləsi ilə məşğul olan şəxs boğularaq öldürülüb - RƏSMİ
16-02-2016, 15:37
Oxunub: 3 510
Ağcabədidə valyuta mübadiləsi ilə məşğul olan şəxsin qətlinin təfərrüatları açıqlanıb
Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, 22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkarlanması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcəbədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunublar.
İstintaqla müəyyən edilib ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07.00 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədi ilə meyiti kanala atıblar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər