Bu gün "Fənərbaxça" "Lokomotiv"lə oynayacaq
16-02-2016, 17:14
Oxunub: 3 320
Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunu keçiriləcək
"Report"un məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu öz meydanında Rusiya "Lokomotiv"ini qəbul edəcək.
İstanbuldakı Şükrü Saracoğlu stadionunda keçiriləcək qarşılaşmanı isveçli hakimlər briqadası idarə edəcək.
Qrup mərhələsində "Fənərbağça" 9 xal toplayaraq Hollandiyanın "Ayaks" və Şotlandiyanın "Seltik" komandalarını qabaqlayıb. Yalnız Norveç "Molde"sindən geri qalan İstanbul klubu qrup mərhələsini ikinci pillədə tamamlayaraq 1/8 finala yüksəlib. Moskva təmsilçisi isə Türkiyənin "Beşiktaş", Portuqaliyanın "Sportinq" və Albaniyanın "Skenderbeu" klublarının çıxış etdiyi qrupda birinci olub.
Cavab görüşü fevralın 25-də Moskvada baş tutacaq.
Avropa Liqası, 1/16 final
21:00. "Fənərbağça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
Baş hakim: Martin Strömberqsson (İsveç)
İstanbul. Şükrü Saracoğlu Stadionu.
Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları fevralın 18-də keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər