Bankı qarət etməyə çalışan: “Baş daşına görə borcumuz var idi” (FOTO)
16-02-2016, 18:48
Oxunub: 3 751
Fevral ayının 12-nə keçən gecə “Dəmirbank”ın filiallarından birini qarət etməyə cəhd edənlərdən biri tutulub
Saxlanılan 49 yaşlı Elxan Hüseyn oğlu Məsimov cinayətin səbəblərini danışıb.
Musavat.com-un məlumatına görə, 49 yaşlı Elxan Hüseyn oğlu Məsimov banklardan birində həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılaraq istintaqa təhvil verilən Elxan əvvəlcə polisi taksi fəaliyyəti ilə məşqul olamasına və gecə vaxtı bankın ətrafında düşürtdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Dediklərinin inandırıcı olmadığını gördükdə Elxan sözün düzünü demək qərarına gəlib. Onun sözlərinə görə, oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb: “Mən maşında oturmalıydım, Kamran isə bankomatı yarmalı idi. Gözlədim, gördüm gəlmir. Getdim bankın yanına onun dalınca. Həmin vaxt mühafizə polisi məni saxladı”.
Bankın bankomatını qarət etmək istəyən Kamran isə hadisə yerindən qaça bilib: “Onu axtarırlar hər yerdə. Harada olsa, tapılacaq. Hara gedəcək?”.
Elxan Məsimovun sözlərinə görə, qayınının 1000 manat borcu olub və onları cinayətə əl atmağa bu vadar edib: “Onun həyat yoldaşını maşın vurmuşdu, dünyasını dəyişmişdi. Məzarını düzəltdirmək üçün 1000 manat borc almışdı. Demişdilər ki, borcu ödəməsən, başdaşını çıxarıb aparacağıq. Biz də banka ona görə gəlmişdik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər