BolgeXeber.Com » Xəbərlər » Temperatur 7 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq

Temperatur 7 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq

17-02-2016, 17:23
Oxunub: 3 571 Temperatur 7 dərəcə enəcək, qar yağacaq - XəbərdarlıqBakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir

Temperatur 4-7 dərəcə aşağı enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur 5-8 dərəcə aşağı enəcək.