“Mədəniyyətimizi təbliğ edək” devizi altında tədbirlər davam edir- Hacıqabulda
17-02-2016, 20:33
Oxunub: 6 839
17.02.2016-cı il tarixindən Hacıqabul rayon Mədəniyyət və Turizim şöbəsinin tədbirlər planına əsasən “Mədəniyyətimizi təbliğ edək” devizi altında növbəti tədbir rayonun Meyniman kəndində keçirildi
Meyniman kənd orta məktəbinin həyətində açıq havada sərgilər hazırlandı.Tarix Diyarşünaslıq muzeyinin eksponatlarının bir qismi, Heydər Əliyev Mərkəzindən Heydər Əliyevin şəkilləri, sənədləri, Mərkəzin Rəsm və Xalça-toxuculuq dərnəyinin üzvlərinin əl işləri, Meyniman kənd kitabxanasının kitablarının sərgisi hazırlandı.Məktəblilər, kənd əhalisi həvəslə sərgilərə tamaşa etdilər.Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Təranə Məlikova sərgidə nümayiş olunan eksponatlarla bağlı uşaqlara məlumat verdilər.Məktəbin direktoru qonaqları salamladı, sonra Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov, Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev və başqaları çıxış etdilər.Çıxışlardan sonra Mədəniyyət Mərkəzinin “Nur” instrumental ansambılının müşayəti ilə konsert proqramı keçirildi, məktəblilər şən musiqi sədaları altında rəqs etdilər.Fəal şagirdlər şeirlər söylədilər.Kiçik yaşlı məktəblilərə isə rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin işçisi Anaxanım Nuriyeva təfəfindən cizqi filmi nümayiş olundu.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər