BolgeXeber.Com » Xəbərlər » Fəzail Ağamalı Türkiyə prezidentinə başsağlığı verdi

Fəzail Ağamalı Türkiyə prezidentinə başsağlığı verdi

18-02-2016, 16:43
Oxunub: 3 813 Fəzail Ağamalı Türkiyə prezidentinə başsağlığı verdiAna Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib

Bolgexeber.com xəbər verir ki, başsağlığı məktubunda deyilir:

Hörmətli cənab, Cümhur başkanı!
Ankara şəhərində xaincəsinə terror aktını törədənləri qətiyyətlə lənətləyirəm. Faciə nəticəsində çoxsaylı insan itkisi məni dərindən kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına ağır faciə ilə bağlı dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Şəhid olmuş Türk qardaşlarımıza Allah rəhmət eləsin!

Hörmətlə,
Fəzail Ağamalı
Millət vəkili