BolgeXeber.Com » Xəbərlər » “Bella” gözəllik salonunda qara magiya: - makiyaj yerinə cadu

“Bella” gözəllik salonunda qara magiya: - makiyaj yerinə cadu

19-02-2016, 09:36
Oxunub: 6 893   “Bella” gözəllik salonunda qara magiya: - makiyaj yerinə caduHətda onun cadularının və ofsunlarının nəticəsində öz əri ondan yaxasını qurtarmaq üçün xarici ölkəyə köçüb

Parapsixoloq – Ekstrasens Günay İsmayılovanın apardığı araşdırmaları və əldə edilən arzuolunmaz nəticələri təqdim edib. Həmin nəticələri cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Son vaxtlar bir sıra qadınlar və kişilər mənə müraciət edərək, halsızlıqdan, səbəbsiz yuxusuzluqdan, səbəbsiz yorğunluqdan, mütəmadi əsnəmələrdən, yaddaşın zəifləməsindən və bu kimi psixoloji proseslərin baş verməsindən şikayətlənirdilər. İlk pasiyentləri qəbul edərkən məsələnin baş vermə səbəbini o qədər də diqqətə almırdım. Amma sırf təsadüf nəticəsində aşkar etdim ki, BELLA adlı gözəllik salonu şəbəkəsinə müraciət edən şəxslərə xidmətlər göstərilərkən, onlara qara maqiya vastəsi ilə ofsunlar olunur və müxtəlif cadulardan istifadə edilməklə insanların cibinə girirlər. Belə ki, bir neçə xanım pasiyentimizin qollarındakı qızartıları və göyərmələri gördükdə, ilk öncə onların işgəncələrə məruz qala biləcəklərini düşündüm və dolayı üsullarla bunu dəqiqləşdirməyə çalışdım. Bu zaman pasiyentlər mənə bildirdilər ki, Bella 1 və Bella – 2 gözəllik salonlarında Lazer epilyasiya prosedurları qəbul ediblər.
Nəzərə alsaq ki, mən pasiyentləri tək tək və müxtəlif vaxtlarda qəbul edirəm, bu zaman ortada ciddi məsələnin olduğunu düşündüm. Pasiyentlərimdən xahiş etdim ki, mənə bu prosedura qədər olan və prosedurdan sonrakı yanaşmaları danışsınlar. Onların söyləməsindən məlum oldu ki, pasiyentlər müştəri qismində bu salonlara gedərkən, burada işləyən xanım əlinə qəribə qoxusu olan nəsə bir məhlul sürtür və onunla pasiyentin boynunu və biləklərini masaj edir. Müştəri bunu xidmət olaraq qəbul etdiyindən nə baş verdiyini başa düşmür və sakitcə dayanır. Bundan sonra xidmət göstərən xanım dodağının altında mızıldana mızıldana nəsə oxuyur və onun üzünə üfürür. Bundan sonra lazer epilyasiya olunur. Mən pasiyentdən ödədiyi məbləği soruşduqda, pasiyent bildirdi ki, salona getməmişdən əvvəl qiymətləri çox ucuz göstərirlər, ama prosedurdan sonra 5 qat artıq pul ödəyirlər. Bu zaman tam sübut olunur ki, pasiyentlər o salonlara getdiklərində ilk olaraq qollarına və boyunlarına sürtülən məhlul cadudur. Hansı ki, cadunun bir sıra psixaloji və parapsixaloji təsirləri mövcuddur. Bundan sonra, ciddi araşdırma aparmağa başladım. Araşdırma zamanı məlum oldu ki, BELLA gözəllik salonlarının sahibəsi Almaz adlı qadındır. Bu qadın öz tanışları arasında cadugər kimi tanınır. Hətda onun cadularının və ofsunlarının nəticəsində öz əri ondan yaxasını qurtarmaq üçün xarici ölkəyə köçüb. Bu qadın pula görə öz doğma balasında da cadu yedizdirə bilir.
Bundan başqa, Almaz adlı bu cadugər qadın ətrafında olan cütlükləri dərhal dağıtmağa çalışır. Öz doğma qaynənəsinidə cadu ilə ağır xəstəyə çevirib. Bu adam gözəllik salonuna gələn hər kəsi ofsunlayır və onların cibinə girir. Əlbətdə məsələnin bu yöndə həlli Dini Qurumlarla İş üzrə Komitənin üzərinə düşür. Mən isə istərdim Cadunun, nəzərin və nəfisin fəsadlarından sizləri xəbərdar edim. DİQQƏT!! CADUNUN, NƏZƏRİN VƏ NƏFSİN FƏSADLARINI KİMSƏ BƏRPA EDƏ BİLMƏZ! Cadunun, nəzərin və nəfisin fizioloji, psoxoloji, parapsixoloji və fizioloji təsirləri belədir: baş dönməsi, ani mədə bulanması, ayaq sürüşməsi, bulanıq görmə, refleks pozulmaları, gözlərin qızarması, göz almasının böyüməsi, səbəbsiz əsnəmələr, tez-tez baş verən kiçik qəzalar, müxtəlif xəstəliklər, yıxılma, gözdə qansızma, sızanaqlar, çibanlar, əsasən də göz çibanları (el arasında buna itdirsəyi də deyirlər), əldə və ya başqa bir yerdə ziyillər çıxması, qaş və saç tökülməsi, mədə ağrısı, dodaq quruması, ayaq-əl ağrıması, bel ağrısı, qulaqda küy, göz bulanıqlığı. Cadunun, nəzərin və nəfisin psixoloji təsiri: – yuxudan sıçramalar, yuxuda qışqırmalar, əl titrəməsi, gözlərin bir nöqtəyə zillənməsi, yorğunluq hissi, yuxu pozğunluğu, bəzən də həddindən artıq yatmaq istəyi, gülmə krizi, stress, adaptasiya problemi, səbəbsiz əsəbilik, dilin topuq vurması, düşüncədə pozğunluq, qarabasma, səbəbsiz göz yaşı, səbəbsiz narahatlıq hissi, ağırlıq hissi.
Cadunun, nəzərin və nəfisin parapsixoloji təsirləri: – işinizin uğursuz olması, evinizdə narahatlıq, şans və qismətinizin bağlanması, yaşadığınız mühiti sevməmək, sevdiyinizə nifrət etmək, evliliklərdə səbəbsiz davalar, boşanmalar, xəyanət, qısqanclıqların başlaması, dostluqlarınızın pozulması, evlənə bilməmək, yuxularınızda davamlı mavi rəng və ya nəzər muncuğu görmək, ovsunlanma hissi kimi parapsixoloji təsirlər meydana gəlir. Münəccimlər, dünyagörmüş böyüklərimiz cadudan, nəzərdən və nəfisdən qorunmağın ən yaxşı yol kimi hər gün evdə üzərlik yandırmağı məsləhət görürlər. Üzərlik spesifik qoxusu ilə bəd nəzərləri, şər qüvvələri evdən qovur. Yeni doğulan körpənin beşiyinə, ərə gedən qızın cehizinə mütləq qaydada üzərlik qoyulmalıdır. Cadunun, nəzərin və nəfisin pisliklərindən qorunmaq üçün gerçək gözmuncuqlarından, dağdağan ağacından, bitki tikanından, at nalından, qaraçörəkotunun toxumundan da istifadə etmək olar. Dini baxımdan isə, evdə və iş yerində mütəmadi olaraq Quran oxumaq və ya oxutdurmaq lazımdır. Elmi cəhətdən isə, Cadunun, nəzərin və nəfisin fəsadlarından qurtulmaq üçün bir neçə gün aramsız prosedurlar qəbul etmək lazımdır. Sonda isə sizi bir daha xəbərdar edirəm ki, belə salonlardan uzaq olun və özünüzü kimlərinsə qurbanına çevirməyin!