BolgeXeber.Com » Xəbərlər » Polis İdarəsində saxlanılan şəxs kafellə boğazını kəsdi

Polis İdarəsində saxlanılan şəxs kafellə boğazını kəsdi

19-02-2016, 12:35
Oxunub: 3 669 Polis İdarəsində saxlanılan şəxs kafellə boğazını kəsdiBakıda bir neçə gün öncə oğurluqda şübhəli bilinərək saxlanılan şəxs polis idarəsinə özünü öldürmək istəyib

Səlim Qədimov tanışı Tərlan Babayevlə birlikdə fevralın 4-də Rza Əhmədova məxsus Sabunçu rayonu ərazisində yerləşən qarajdan oğurluq etməkdə şübhəli bilinərək 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Səlim Qədimov Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinin sanitar qovşağında intihara cəhd edib.

İdarənin tualetindən istifadə etmək istədiyini deyən S.Qədimov orada divara vurulan kafeli sındırıb. O, kafel parçası ilə sol qolunun damarlarını və boğazını kəsib.

S.Qədimov yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.

///Qafqazinfo