BolgeXeber.Com » Xəbərlər » Məşhur restoran əxalqıszlıq yuvası imiş: cinayət işi başlansa da restoran işləyir FOTOLAR
Məşhur restoran əxalqıszlıq yuvası imiş: cinayət işi başlansa da restoran işləyir FOTOLAR
19-02-2016, 13:26
Oxunub: 3 919
Bakıda məşhur restoranın əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi məlum olub
Bir neçə gün əvvəl restoranda əməliyyat keçirilib
Musavat.com-a daxil olan məlumata görə, Nizami rayonu M.Abbasov küçəsində yerləşən “Park Orman” restoranında əməliyyat keçirilib.
Əldə etdiyimiz məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində restoranda əxlaqsız yuva saxlanması müəyyən edilib. Əməliyyat zamanı həmin restoranın Ağcabədi rayon sakini 1988-ci il təvəllüdlü Rəşad Əliyev tərəfindən işlədildiyi müəyyənləşdirilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Restoranda əxlaqsız yuvası aşkarlanması ilə bağlı cinayət işi başlanılsa da obyekt hazırda fəaliyyətini davam etdirir. Restoranın həyətində bir neçə kabinet var. Əxlaqsızlıq yuvası kimi də məhz bu kabinetlərdən istifadə olunur. Kabinetlərdə stol, stulla yanaşı divan da var.
Restoran əməkdaşları müştərilərə xanımla gəlməyin heç bir təhlükəsinin olmadığının təminatını daverirlər.
Restoranın kabinetlərində çay da içmək mümkündür. Lakin burada çay dəsgahı 15 manata təklif olunur.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər