Kreditlə avtomobil alan aparıcıya bank hədə-qorxu gəlib
20-02-2016, 10:10
Oxunub: 3 833
Azərbaycanlı aparacı: “O maşını yandıraram, amma banka vermərəm”
Aparıcı Lətafət Ələkbərovanın başına iş gəlib.Bolgexeber.com axşam.az-a istinadən bildirir ki, kreditlə avtomobil alan aparıcıya bank hədə-qorxu gəlib. Əməkdaşımızla söhbətində L.Ələkbərova məhkəməyə müraciət etdiyini deyib: “2013-cü ildə kreditlə avtomobil almışdım. Qiyməti 18 900 manat idi. Bank isə götürüb onu dollarla yazıb. Bu günə kimi mən 25 min manat ödəmişəm. İndi bank məndən əl çəkmir ki, borcu 1,5 ilə ödəməlisən. Bu da ayda 1200 manat pul edir. Bank deyir ki, mənə hələ bundan sonra 10 min manata qədər borcun var. 18 900 manatlıq maşın mənə 35 min manata gəlib çıxır. Buna görə məhkəməyə müraciət etmişəm. Yorulmuşam bankın əlindən. Müqaviləni vəkilə göstərəndə şok oldu. Müqavilədə bu hissəni çox xırda yazıblar ki, oxumaq mümkün olmasın. Beləcə müştərini aldadırlar. Əgər dərinə getsəm, hələ bankın mənə borcu var. O maşını yandıraram, amma banka vermərəm. Mən onsuz da yanmışam”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər