Arif Quliyevin teatrı bağlandı: “Pulumuz yoxdur, bir çayı 2 həftə içirik”
20-02-2016, 15:45
Oxunub: 3 469
Xalq artisti, gülüş ustası Arif Quliyevin rəhbərlik etdiyi teatr fəaliyyətini dayandırıb
Bolgexeber.com xəbər verir ki, bu barədə AzNews.az-a A.Quliyev özü məlumat verib. Bildirib ki, “Satira” teatrı maliyyə azlığı səbəbindən işləmir:
“Pul yoxdur. Əgər maliyyə olsa, harasa konsert verməyə gedərik. Aktyorlar bütün günü mürgü vurur. Hər gün teatra gəlib-gedirlər. Teatrda yeganə işimiz çay dəmləməkdir. Bir gün dəmləyib 5 gün onu içirik. Növbəti həftə isə üstünə su alıb təkrar içirik. Daha nə edək? Pul yoxdur, heç kim başqasına əl tutmur. Kimin qapısını döymək olar ki, mənə çay pulu ver? Daha o vaxtlar getdi”.
Aktyor hazırda heç bir rol ifa etmədiyini deyib:
“İşləmirəm. Əvvəllər oynadığım rolları da başqa aktyorlara həvalə ediblər. Dəvətlər olur, ancaq onlar da yox kimi bir şeydir. Bir-iki filmə də dəvət aldım, sonra onlardan da bir səs-səmir çıxmadı”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər