Xocalı faciəsi Aberdində anılıb
22-02-2016, 17:35
Oxunub: 3 434
Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniyanın Aberdin şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar mərasim keçirilmişdir
Cəmiyyətdən Bolgexeber.com-a verilən məlumata görə,tədbirdə Aberdin Azərbaycan Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və Aberdin ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aberdin Azərbaycan Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirmişdir. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulamışdır. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirmişdir.
K.Əliyev Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan cinayət kimi dəyərləndirmiş, bu soyqırıma siyasi-hüquqi qiymət verməsinin və günahkarların cəzalandırılmasının vacibliyini bildirmişdir.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilmişdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər