BolgeXeber.Com » Xəbərlər » “Xocalı fəryadı” inşa yazı müsabiqəsinə yekun vuruldu-Tərtərdə

“Xocalı fəryadı” inşa yazı müsabiqəsinə yekun vuruldu-Tərtərdə

22-02-2016, 22:09
Oxunub: 3 926 “Xocalı fəryadı” inşa yazı müsabiqəsinə yekun vuruldu-TərtərdəTərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Təhsil şöbəsi Gənclər və İdman idarəsi ilə birlikdə rayonun umumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı fəryadı” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir

Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb liseydə keçirilmişdir. Yekun turda 44 umumtəhsil məktəbindən 44 nəfər şagird iştirak etmişdir. İnşa yazısına 2 akademik saat vaxt ayrılmışdır.
Rayon icra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Elvin Umudov, Gənclər və idman idarəsinin rəis əvəzi Səadət Hüseynova, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov məktəbliləri salamlamış, onlara Xocalı soyqrımı haqqında məlumat vermişlər.
“Xocalı fəryadı” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşdirildikdən sonra onlara Xocalı soyqrımına həsr olunmuş umumrayon tədbirində rayon icra halimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələr veriləcəkdir.
Bolgexeber.com
“Xocalı fəryadı” inşa yazı müsabiqəsinə yekun vuruldu-Tərtərdə