BolgeXeber.Com » Xəbərlər » “İstək” liseyinə qəbul üçün qeydiyyat başlanıb

“İstək” liseyinə qəbul üçün qeydiyyat başlanıb

23-02-2016, 12:30
Oxunub: 4 069 “İstək” liseyinə qəbul üçün qeydiyyat başlanıb“İstək” liseyinin I-IX siniflərinə qəbul üçün qeydiyyat başlanıb

Bolgexeber.com xəbər verir ki, Bakı, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərən liseyin yataqxana şəraitinin olması bütün respublika ərazisindən şagirdləri qəbul etməyə imkan verir.

Liseydə tədris Azərbaycan və rus bölmələri üzrə həyata keçirilir.
Liseyin I -VI siniflərinə qəbul müsahibə və müsabiqə, VII-IX siniflərinə qəbul isə test üsulu ilə aparılır. Test sualları Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumrespublika tədris proqramı əsasında tərtib olunur.
Liseydə milli və beynəlxalq kurikulumun birgə tətbiqi ilə şagirdlər həm yerli, həm də dünya şöhrətli xarici universitetlərə yüksək nəticələrlə qəbul ola bilir. Xarici dilin intensiv şəkildə tədris olunduğu liseydə dərslər Kembric və Oksford Universitetlərinin tədris vəsaitləri ilə keçilir. Müasir tədris texnologiyaları və avadanlıqlarının tətbiqiylə şagirdlər biliklərini real bacarıqlara çevirmək imkanı qazanır. Liseyin şagirdləri bütün respublika olimpiadalarında iştirak etmək, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq fənn və layihə olimpiadalarında ölkəmizi təmsil etmək imkanı qazanır. Liseyin 20 növdən çox sosial fəaliyyət proqramları şagirdlərin hərtərəfli inkişafına müsbət təsir göstərir.
Qəbulda iştirak etmək üçün yerlər məhduddur. Qeydiyyat həftə içi hərgün saat 09:00-dan 18:00-adək həyata keçirilir.
“İstək” liseyinə qəbul ilə bağlı ətraflı məlumatı (+994 12) 465 47 37, (+994 55) 455 92 00 əlaqə telefonları və www.qebul.istek.edu.az ünvanı vasitəsi ilə əldə etmək mümkündür.