BolgeXeber.Com » Xəbərlər » Növbəti ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi

Növbəti ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi

23-02-2016, 16:57
Oxunub: 3 384 Növbəti ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi23 fevral 2016-cı il tarixdə Cəlilabad şəhər Heydər Əliyev Seyrangahının qarşısında süni qiymət artımının qarşısının alınması məqsədi ilə Cəlilabad Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir

Yarmarkada fermerlər tərəfindən 50 tondan çox müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un,çörək, düyü, şirniyyat, qoz, findıq, şabalıd, müxtəlif cərəzlər meyvə,kartof,soğan,pomidor,xiyar,tərəvəz,süd məhsulları, yumurta, balıq, cücə,ət,meyvə şirələri,kompontlar,arıçılıq məhsulları və s. məhsullar bazar qiymətlərindən 25-35% aşağı satılıb.Cəlilabad Rayon İcra hakimiyyəti başçısı Əziz Əzizov və aparatının məsul işçiləri satış-yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanmış və alış-verişin vəziyəti ilə tanış olmuşlar.Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər və bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.Ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütamadi olaraq davam etdiriləcəkdir.
Bolgexeber.com