Həsən bəy Zərdabi küçəsində də neft tapılıb? - FOTO
24-02-2016, 09:20
Oxunub: 3 978
Görünən odur ki, yaxın günlərdə Həsən bəy Zərdabi küçəsində növbəti "ağac soyqırımı" və qanunsuz tikinti başlayacaq
Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 89 ünvanında "ağac soyqırımı" ilə bağlı məlumat vermişdik. Qaynar.info-nun dövlət orqanlarına müraciətindən sonra ağacların kəsilməsinin qarşısı alınmış və əraziyə çəkilən hasarlar sökülmüşdü.
Dwn'n isə Həsən bəy Zərdabi küçəsindəki başqa bir ünvanda oxşar hadisə baş verib. Qaynar.info-nun əməkdaşı adıçəkilən küçənin 81 ünvanında böyük bir ərazinin gecə yarısı tələm-tələsik hasarlanmasınn şahidi olub. Yasamal rayon Prokurorluğunun yanındakı bu ərazinin yaxınlığında bir müddətdi tikinti gedirdi. Ehtimal etmək olar ki, hasarlanan ərazidə məhz bu binanı tikən şirkət iş görməyə hazırlaşır. Hər halda bu bir ehtimaldır və doğru olmaya da bilər.

Hələlik ərazinin hansı şirkət tərəfindən hasarlandığını bilmirik. Amma bu ərazidə çox sayda ağac var. Görünən odur ki, yaxın günlərdə Həsən bəy Zərdabi küçəsində növbəti "ağac soyqırımı" və qanunsuz tikinti başlayacaq. Həmçinin hasarlanmış ərazidə uşaq parkı da var. Ağaclarla yanaşı, həmin parkda tikinti şirkətinin qurbanına çeviriləcək.
Ümumiyyətlə son dövrlər Yasamal rayonun ərazisində, xüsusən də Həsən bəy Zərdabi küçəsində "tikinti bumu" yaşanır. Bununla bağlı Qaynar.info-da, həmçinin digər mətbuat orqanlarında da mütəmadi məlumatlar yayılır. Maraqlıdır, deyəsən bu küçədə kimlərsə neft tapıb. Hər halda, tez-tələsik şəkildə torpaqların satılmasına, ağacların kəsilməsinə başqa ad tapa bilmədik...
"Həsən bəy Zərdabi"də nəyin tapıldığını bilmədiyimiz kimi, bu ərazilərdə tikintiyə hansı dövlət orqanının icazə verdiyini də rəsmi şəkildə öyrənmək hələlik bizə nəsib olmayıb. Son olay zamanı - Həsən bəy Zərdabi 89 ünvanındakı problemlə bağlı müraciət etdiyimiz bütün dövlət orqanları məsuliyyəti öz üzərindən atmağa çalışır. Əmlak Məsələləri Dövlət Komitəsi bu ərazidə tikintiyə qadağa qoyduğunu açıqlamış, Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Bələdiyyəsi isə torpağın onlar tərəfindən satılmadığını bildirmişdi. Təkziblərə baxmayaraq adıçəkilən ərazinin İcra Hakimiyyəti tərəfindən satıldığı haqqında iddialar daha ağlabatan görünür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər