Dəhşətli avtobus qəzası ilə bağlı - RƏSMİ MƏLUMAT
24-02-2016, 20:07
Oxunub: 961
Sürücü barəsində cinayət işi başlanıb
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu bu gün səhər saatlarında paytaxtda baş vermiş avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Baş Prokurorluqdan Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, fevralın 24-də paytyaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi “İsuzu” markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobusla Rəfael Musayevin idarə etdiyi “Daewoo” markalı 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusun toqquşması faktı bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan istintaqla yol nəqliyyat hadisəsinin “İsuzu” markalıavtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün paytaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi “İsuzu” markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi “Daewoo” markalı 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşub. Hadisə nəticəsində “İsuzu” markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib.
Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər