Zamin Bankdan Aybəniz Haşımovaya qarşı kobudluq: “Bizi aldadıblar”
25-02-2016, 10:29
Oxunub: 4 114
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “ZaminBank”dan şikayətlənərək onlara qarşı böyük hörmətsizlik və kobudluq edildiyini bildirib
Aynişan deyib ki, bank verdiyi sözlə əməl etməyərək onları aldadıb.
“”ZaminBank” bir neçə aydır ki, vəzifəsini doğru şəkildə yerinə yetirmir. Pul köçürməsinin 10 dəqiqə ərzində hesaba yatıracaqlarına söz verib, amma günlərlə gecikdirirlər. “Pul niyə yatırılmayıb?” sualına isə “Biz yatırmışıq, qarşı tərəfdəki bank pulunuzu vermir” deyərək bizi aldadır. Üstlərinə gedildiyi zaman öz günahları olduğunu gəbul edirlər.
Üç gün öncə pul köçürən anam Aybəniz Haşımova bu gün ünvanına 3 gündü yetişməyən məbləği bankdan “zornan” geri aldı.
Öz pulunu, onların qeyri-peşəkarlığına görə geri alan müştəriyə kobud davranılıb. Bu bankda nə müştəri məmnuniyyəti var, nə də savadlı və vicdanlı personal. Bizim mediaya çıxışımızı bilən “ZaminBank” bunu bizə edirsə, görün normal əhaliyə necə davranırlar, xəbərimiz yoxdu.
Heç kimin borcu deyil, sizin müştəriniz olmaq, sizin borcunuzdu müştəriyə son dərəcə nəzakətli davranmaq. Bankdan çox bank var, siz ən böyük reklamçınız olan Müştərilərinizi itirirsiniz!”
“ZaminBank”la əlaqə saxlamaq istəsək də, cəhtlərimiz boşa çıxıb.
milli.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər