BolgeXeber.Com » Xəbərlər » Baş redaktordan istintaqı çətin duruma salacaq növbəti müraciət

Baş redaktordan istintaqı çətin duruma salacaq növbəti müraciət

25-02-2016, 12:54
Oxunub: 2 986 Baş redaktordan istintaqı çətin duruma salacaq növbəti müraciətCavid Şirəliyev ona qarşı irəli sürülmüş ittihamların yalan olduğunun hamısını faktlarla sübut edib

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə ittiham olunan www.7gun.az xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev yenidən mətbuata üz tutub.

JAM.AZ-a daxil olan müraciətdə deyilir ki, o, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə maddələrilə təqsirləndirilir. “Ona görə ki, güya mən özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışım Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icəradarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2000 manat pul tələb edərək, sonuncunun 700 manat pulunu Asif Orucovla birlikdə olaraq ələ keçirtmişik.

Mənə qarşı irəli sürülmüş ittihamın tamamilə əsassız və qanunsuz olduğunu dair aşağıdakı mötəbər sübutlar, təkzibedilməz faktlar və dəlillər vardır”.

Baş redaktor bütün bunları xırdalayıb:

Birincisi, cinayət işinin başlanmasına əsas və səbəb 02 avqust 2014-cü il tarixli şifahi ərizə protokolunda Xankişiyeva Şəfiqə İsmayıl qızının ondan hər hansı bir şikayəti və tələbi olmamış, onun məsuliyyətə cəlb olunmadığını istəməmyib. “Həmin şifahi ərizə protokoluna əsasən Şəfiqə Xankişiyeva, Asif Orucov və Məhərrəm Əsgərov barəsində şikayət edərək onların məsuliyyətə cəlb olunmalarını xahiş etmişdir.

Xankişiyeva Şəfiqə İsmayıl qızının ifadəsi və izahatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Orucov Asif Akif oğlu və Əsgərov Məhərrəm Ələkbər oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsilə 141900302 saylı cinayət işi başlamış, həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılan Asif Orucov ifadələrində və üzləşmə protokollarında Şəfiqə Xankişiyevanı 2013-cü ilin iyun ayında mənim vasitəmlə tanıdığını bildirmişdir. Müvafiq araşdırma aparılmadan və heç bir vasitə ilə istintaqa çağırılmadığım halda barəmdə axtarış qərarı çıxarılmışdır.

İkincisi, Orucov Aisf Akif oğlu məhkəmə proseslərindəki ifadələrində Xankişiyeva Şəfiqə İsmayıl qızını 2014-cü ilin təxminən may ayında tanıdığını, 11 aprel 2012-ci il tarixdən 19 oktyabr 2013-cü il tarixə qədər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini, 2013-cü ilin iyun ayının təxminən ortalarında Şəfiqə Xankişiyevadan hədə-qorxu ilə hər hansı məbləğdə pul tələb etmədiyini və almadığını, ümumiyyətlə bu barədə məlumatsız olduğunu, ibtidai istintaq zamanı etmədiyi cinayət əməlini etiraf etmək məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək, habelə müxtəlif işgəncələr və təziq altında Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri, yəni vəzifəli şəxslərinin sözləri ilə mənə qarşı yazılmış ifadələri və üzləşmə protokollarını imzaladığını bildirərək, məhkəməyə şifahi və yazılı vəsatət vermişdir.

5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi tərəfindən verilən arayışa əlavə olunmuş sənədlərdə Orucov Asif Akif oğlunun 11 aprel 2012-ci il tarixdən – 19 oktyabr 2013-cü il tarixə qədər müəssisədə olduğu və cəza çəkdiyi, hətta müəssisənin daxili intizamı qaydalarını pozduğu üçün ona 10 iyun 2013-cü il tarixdə töhmət verildiyi, 20 iyun 2013-cü il tarixdə isə 5 (beş) gün cərimə təxridxanasına köçürüldüyü qeyd edilmişdir.

Üçüncüsü, İş üzrə materiallara və digər sübutlara, habelə Orucov Asif Akif oğlunun və Xankişiyeva Şəfiqə İsmayıl qızının ifadələrinə əsasən, 31 dekabr 2013-cü il tarixə qədər Tovuz rayon Qovlar qəsəbəsində “Tatar” kafesi mövcud olmamış, həmin obyekt əslində isə metal konstruksiya Bələdiyyə tərəfindən Rəhimova Zəhra Namaz qızına icarəyə verilmiş 10 kv metr torpaq sahəsində 2014-cü ilin aprel ayında qanunsuz quraşdırılmış və fəaliyyətə başlamışdır. Hətta “Tatar” kafesinin 31 dekabr 2013-cü il tarixə qədər mövcud olmaması və fəaliyyət göstərməməsi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamenti və Tovuz rayon Qovlar qəsəbə sakinləri tərəfindən də rəsmi qaydada təsdiq olunmuşdur.

Dördüncüsü, mobil operatorlardan alınan telefon danışıqlarına dair məlumatlara əsasən, mənimlə Şəfiqə Xankişiyeva arasında heç bir vaxt telefon danışıqlarının olmaması müəyyən olunaraq bu barədə baxış protokolu tərtib edilmişdir.

Beşincisi, Xankişiyeva Şəfiqə İsmayıl qızı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə başlanmış 141900226 saylı cinayət işi üzrə təqsiriləndirilən şəxs qismində cinayət təqibini həyata keçirən orqandan asılı vəziyyətdə və təziq altında olduğu üçün onun ifadələri Daxili İşlər Nazirliyinin BMCMİ-in İŞ-in baş müstəntiqi Əfəndiyev Hacı Məmməd oğlunun sözləri ilə yazılmışdır ki, məhz buna görə də Şəfiqə Xankişiyevanın ibtidai istintaqdakı ifadələrilə məhkəmə istintaqdakı ifadələri arasında kəskin ziddiyət vardır. O, məhkəmə proseslərindəki ifadələrində məni 2013-cü ildə görmədiyini, tanımadığını, ona zəng edərək ondan hədə-qorxu ilə hər hansı məbləğdə pul tələb etmədiyimi və almadığımı, ibtidai istintaq zamanı ifadələrin müstəntiq Hacı Əfəndiyev tərəfindən yazıldığını, məndən şikayətinin və tələbinin olmadığını, bundan sonra da olmayacağını deyərək 28 dekabr 2015-ci il tarixdə Notariat qaydasında təsdiq olunmuş ərizə versə də, lakin 15-20 gün sonra məhkəmə prosesində ərizəsini geri götürərək, məndən şikayətçi olduğunu bildirdi. Beləliklə də Şəfiqə Xankişiyevanın dövlət orqanlarından asılı vəziyyətdə və təziq altında olduğu tam təsdiq olundu.

Qeyd edim ki, mən jurnalist və hüquq müdafiəçisi kimi qanuni peşə fəaliyyətimin icrası ilə bağlı heç bir hüquqi əsas və səbəb olmadan qanunsuz həbs olunmuşam”.
Baş redaktordan istintaqı çətin duruma salacaq növbəti müraciət
Baş redaktordan istintaqı çətin duruma salacaq növbəti müraciət
Baş redaktordan istintaqı çətin duruma salacaq növbəti müraciət