BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda 60 metrlik məsafədən qol vurulub – VİDEO

Azərbaycanda 60 metrlik məsafədən qol vurulub – VİDEO

25-02-2016, 15:05
Oxunub: 2 837 Azərbaycanda 60 metrlik məsafədən qol vurulub – VİDEOAzərbaycanda futbol matçı zamanı 60 metrlik məsafədən qol vurulub

“Report”un məlumatına görə, qeyri-adi qol I Divizionda XV turun “Şəmkir” – “Şahdağ” matçında qeydə alınıb.
54-cü dəqiqədə Qusar komandasının futbolçusu Şahin Məmmədov mərkəz xəttindən də uzaq məsafədən cərimə zərbəsini yerinə yetirib. Birbaşa qapıya yönələn topu “Şəmkir”in qapıçısı Ravil Məmmədov irəli çıxaraq tutmaq istəsə də, buna nail ola bilməyib. Nəticədə top qapı qarşısında yerə düşərək, tora daxil olub.
Qeyd edək ki, “Şahdağ”ın ilk qolu da uzaq məsafədən vurulub. 40-cı dəqiqədə Yasin Yaqubzadənin 25-30 metrlik məsafədən zərbəsindən sonra Ravil Məmmədov topu dəf edə bilməyib. Görüş isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.