Bakıda daha bir qumarxananın açılışı oldu - «Montana Klub»...
25-02-2016, 19:31
Oxunub: 3 625
Bakıda hər gün yeni-yeni qumarxanaların fəaliyyətə başladığı artıq total şəkil almağa başlayıb
Əvvədcə Binəqədi rayonunda göbələk kimi çoxalan belə obyektlər, artıq Nərimanov rayonunda peyda olmaqdadır.
JAM.AZ xəbər verir ki, bu yaxınlarda qumar həvəskarları üçün daha bir məkan istifadəyə verilib. Fətəli Xan Xoyski küçəsində yerləşən «Montana» Klub adı ilə istifadəyə verilmiş məkanın sahibi Xanlardır. Əslən Ağdamdan olan Xanların geniş maddi imkanları ilə yanaşı, həm də güclü məmur dostlarının olduğu deyilir.
İddia olunur ki, Ağdamlı Xanlar məhz pulunun və adamlarının gücünə yeni-yeni qumar məkanları yaradır və qazancını da onu himayə edənlərlə yarı bölür. JAM.AZ xəbər verir ki, «Montana» Klubun sahibinin digər qumarxana sahiblərindən fərqi isə onun öz obyektinə bahalı «Bentley» markalı maşınla gedib-gəlməsidir.
Qeyd edək ki, «Montana» Klub hələ bir xeyli əvvəl də qumarxana kimi tanınmışdı. Lakin rəsmi qurumların müdaxiləsindən sonra uzun müddət fəaliyyətsiz qalmalı olmuşdu. Görünür, Ağdamlı Xanların maddi imkanları və geniş əlaqələri bütün əngəlləri aşacaq gücdəymiş.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər