BolgeXeber.Com » Xəbərlər » Biləsuvar rayonunda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi-FOTO

Biləsuvar rayonunda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi-FOTO

26-02-2016, 12:13
Oxunub: 4 515 Biləsuvar rayonunda Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi-FOTO25 fevral 2016-cı il tarixdə Biləsuvar rayon Mədəniyyət Evində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi

Tədbirdə rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev, hüquq müahfizə orqanları, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, təhsil müəssisələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Əvvəlcə Mədəniyyət evinin foyesində Xocalı soyqırımından bəhs edən sərgiyə baxış keçirildi.
Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Biləsuvar rayon İcra hakimiyətinin başçısı Mahir Quliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən soyqırım haqqında geniş məlumat verdi.
M.Quliyev bildirdi ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırım və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışıdırb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər.
XX əsrin bu qanlı faciəsi Azərbaycanın acılı-ağrılı tarixinə, amansızlığına görə tayı-bərabəri olmayan bir faciə-Xocalı faciəsi yazılmışdır. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Soyqırım zamanı 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər şəhər sakini əsir götürüldü, 150 sakin isə itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.
Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı. Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşının iç üzü artıq ifşa olunur. Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Mahir Quliyev bildirdi ki, Xocalı faciəsinin 24-cü ildönümünün keçirilməsi məqsədilə rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanmış və plana əsasən bütün dövlət və qeyri-dövlət müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət obyektlərində tədbirlər keçirilmiş, Heydər Əliyev Mərkəzində “Xoca” filmi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən danışdılar, soyqırımın günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarını almalarını qeyd etdilər.
Rayon Mədəniyyət evində mədəniyyət işçilərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş “Nişangah” tamaşası nümayiş olundu, Heydər Əliyev Parkında Milli Qəhraman Mübariz İbrahimov adına liseyin şagirdləri tərəfindən hazırlanmış “Azərbaycan harayı-24 il” başlıqlı flaşmob keçirildi.
Bolgexeber.com