BolgeXeber.Com » Xəbərlər » Akim Bədəlov milyonlarını ölkədən çıxarıb – Şok iddia

Akim Bədəlov milyonlarını ölkədən çıxarıb – Şok iddia

26-02-2016, 12:35
Oxunub: 2 875 Akim Bədəlov milyonlarını ölkədən çıxarıb – Şok iddia"Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini” qanunsuz ələ keçirməsi ilə gündəmə gələn Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlovla bağlı ilginc informasiyalar yayılıb

Həmin məlumatlara keçməzdən öncə qeyd edək ki, Akim Bədəlov balansında çoxlu sayda obyekt, torpaq sahəsi olan və mərhum dövlət katibi Tofiq İsmayılov tərəfindən yaradılan "Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini MTN rəhbərliyinin köməkliyi ilə, saxta notarial sənədlərlə ələ keçirib.Bu iddianı ötən il mətbuata mərhum Tofiq İsmayılovun qızı Səbinə Simayılova açııqlamışdı.Tofiq İsmayılovun ailəsi dəfələrlə məhkəməyə müraciətlər etsədə sonda Akim Bədəlov qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevin dəstəyi ilə problem "yoluna” qoya bilib. Akim Bədəlov bir müddət əvvəl mərhum dövlət katibinin ailəsinə MTN-nin Hava Limanı İdarəsinin sabiq rəisi, keçmiş nazir Eldar Mahmudovun və "Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin milyardlarını ölkədən çıxarılmasında müstəsna xidmətləri olmuş Pərviz Vəliyevin adı ilə hədə qorxu gələrək onlardan sakit durmalarını istəyib.
Yeni məlumatda isə qeyd olunur ki, Akim Bədəlov birinci devalyasiyadan sonra bu ilin aprel ayında Bakı şəhərindəki topraq sahələrini, evlərini və obyektlərini sataraq ölkədən çıxardıb. Mənbə Agentlik sədrinin pullarını bacısı oğlanları "Azalternativenerji” MMC-nin sədri Rizvan Vəliyev və Hava Limanı İdarəsinin sabiq rəisi polkovnik Pərviz Vəliyevlə birgə Türkiyəyə və Avropa ölkələrinin birinə yerləşdirdiyini iddia edir. Belə ki, agentlik sədri bacısı oğlanları ilə birlikdə Türkiyədə turizm şirkəti yaratmaqla bərabər həmdə bu ölkənin İstanbul şəhərində bir neçə ev, villa və dükanlar alıb.
Bədəlovlar ölkədən çıxartdığı vəsaitin böyük hissəsini isə Avropada İngiltərə və İsveçrə dövlətlərinə transfer ediblər. Hazırda London şəhərində Akim Bədəlovun oğlu Aqşin Bədəlova məxsus dəbdəbəli bir malikanənin və iki şirkətin olduğu deyilir. Həmin şirkətlər isə keçmiş MTN zabiti Hava Limani İdarəsinin rəisi Pərviz Vəliyevin və qardaşı Rizvan Vəliyevin pulları hesabına qurulub. İnformasiya qaynağımız iddia edir ki, ölkədə ikinci devalyasiyadan sonra isə, Akim Bədəlovun bacısı oğlu, MTN işinə görə vəzifəsindən qovulan Pərviz Vəliyev Akim Bədəlovun əli ilə özünə məxsus pullarınıda ölkədən çıxarmağa müfəvəq olub. Bundan başqa Agentlik rəhbəri Bakını Nəsimi rayonundakı mağazalarını, həmçinin Yasamal rayon Badamdar qəsəbəsindəki villasını və digər obyektlərinida satışa çıxartdığı deyilir. Lakin əmlak qiymətlərinin kəskin ucuzlaşmasına görə agentlik sədri obyektlərini və evlərini ucuz satmaqdan vaz keçib.
İddiaya görə təkcə aprel ayında Akim Bədəlov və bacısı usaqları ölkədən 60 milyon dollardan çox vəsait çıxardıblar. Amma pul çıxartma əməliyyatı bununla bitməyib. Belə ki, davamlı olaraq avqust ayına kimi dayı bacıoğlanları bir neçə dəfə əlavə ölkədən vəsait çıxardıblar. Mənbəmiz bildirir ki, Akim Bədəlov və bacısı oğlanları pullarını bank vasitəsi ilə yox nəğd şəkildə çıxardıblar. Bu əməliyyatın həyata keçirilməsini isə Bədələovun bacısı olu Hava Limanın İdarə rəisi Pərviz Vəliyev təşkil edib.cumhuriyyet.az