BolgeXeber.Com » Xəbərlər » Bərdədə Xocalı faciəsinin anım tədbiri keçirilmişdir-FOTOLAR

Bərdədə Xocalı faciəsinin anım tədbiri keçirilmişdir-FOTOLAR

26-02-2016, 13:49
Oxunub: 3 148 Bərdədə Xocalı faciəsinin anım tədbiri keçirilmişdir-FOTOLAR25.02.2016-cı il tarixində Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi və Bərdə Turizm İnformasiya mərkəzinin təşkilatçılğı ilə Xocalı faciəsinin anım tədbiri keçirilmişdir

Tədbir Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində baş tutdu.Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Təsviri incəsənət” dərnəyi üzvlərinin 26 fevral faciəsinin 24-cü il dönümünə həsr etdikləri ”Xalqımızın qan yaddaşı” adlı rəsm əsərlərindən ibarət sərgiləri ilə tanış oldular. Daha sonra vətən uğrunda şəhid olmuş, həlak olmuş, son damla qanlarınacan döyüşmüş qəhrəman vətən oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Xocalı faciəsi haqqında” məruzə ilə tədbirə başlayan Bərdə Turizm İnformasiya mərkəzinin əməkdaşı Əhliyyət Əliyev tarixi həqiqətləri və erməni fitnəkarlıqlarını iştirakçılara çatdırdı. Şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri “Qanlı fevral gecəsi” adlı kompozisiya təqdim etdilər. Tədbirdə çıxış edən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova isə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyasının nəticələrindən və dünya ölkələrinin Xocalı faciəsinə dair münasibətlərindən söz açdı. Sonda Vahid Mustafayevin “Xoca” filmi təqdim olundu. İştirakçılarada həmçinin söz verildi, onlarda filmdən çox təsirləndiklərini və bu qan yaddaşını unutmayacaqlarını bildirdilər.
Bolgexeber.com