BolgeXeber.Com » Xəbərlər » Prokurorluqdan İlhamə Quliyevanın qəfil ölümü haqda yayılan xəbərə reaksiya – Açıqlama
Prokurorluqdan İlhamə Quliyevanın qəfil ölümü haqda yayılan xəbərə reaksiya – Açıqlama
26-02-2016, 16:02
Oxunub: 3 567
Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilmişdir
Fevralın 25-də saat 12:30 radələrində İlhamə Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirmişlər. Baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməmişdir.
Bolgexeber.com -a baş prokurorluqdan daxil olan məlumatda deyilir ki, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, 8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım briqadası çağırış əsasında həmin gün saat 11:25-də İ.Quliyevanın yaşadığı ünvana gəlmiş və tibbi müayinə zamanı ölüm faktını qeydə almışdır. Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilmişdir.
Birliyin Yasamal rayon şöbəsi tərəfindən aparılmış ilkin müayinələrlə müəyyən edilmişdir ki, ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olmuşdur.
Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər